İdman

Azərbaycan avarçəkəni Azər İlyasov Litvada gümüş medal qazanıb

13 İyul 2026, 15:473
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Akademik avarçəkmə üzrə gənclərdən ibarət Azərbaycan yığmasının üzvü, hazırda Litvada təlim-məşq toplanışında olan Azər İlyasov bu ölkənin Şaulyay şəhərində təşkil olunan Açıq Litva çempionatında gümüş medal qazanıb.

Zefer.media xəbər verir ki, yerli idmançılarla yanaşı, ABŞ, İsveçrə və İsrail avarçəkənlərinin də mübarizə apardığı yarışda təmsilçimiz 15 idmançının olduğu yarımfinal mərhələsini uğurla dəf edərə həlledici yürüşə vəsiqə qazanıb.

Yağışlı və küləkli hava şəraitində baş tutan A finalında isə 2000 metr məsafəni 7 dəqiqə, 52 saniyəyə qət edən A.İlyasov yalnız yerli idmançıdan geri qalmaqla gümüş medal əldə edib.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600