Azərbaycanda 18 yaşadək uşaq dünyaya gətirən qadınların sayı azalıb.
Zefer.media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi bildirib.
Qeyd edilib ki, 2025-ci ildə 18 yaşı olmayan 877 qadın ana olub.
Bu göstərici 2024-cü ildə 1 279 nəfər təşkil edib.
Beləliklə, bir il ərzində 18 yaşadək ana olan qadınların sayı 402 nəfər azalıb.

















