• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9425
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Dünya

Avstraliya quş qripi təhlükəsi səbəbindən sub-Antarktika adasındakı alimləri təxliyə edəcək

28 Avqust, 26 / 10:34
A A

Avstraliya hökuməti H5N1 quş qripi epidemiyasının mümkün yayılması ilə bağlı yaranan “psixososial risk” səbəbindən Makkuori adasındakı alimləri müvəqqəti olaraq təxliyə etmək qərarına gəlib.

Zefer.media “Xinhua”ya istinadən xəbər verir ki, İqlim Dəyişikliyi, Enerji, Ətraf Mühit və Su Departamentinin (DCCEEW) məlumatına görə, Avstraliya Antarktika Proqramının tədqiqat stansiyasında çalışan əməkdaşlar geri çağırılacaq. Makkuori adası Avstraliya ərazisi olmaqla materikdən təxminən 2 min kilometr cənub-şərqdə yerləşir.

Departament bildirib ki, yüksək patogenliyə malik H5N1 quş qripi virusu adada indiyədək aşkarlanmayıb. Lakin ekspertlər qarşıdakı çoxalma mövsümündə heyvanlar arasında genişmiqyaslı tələfat ehtimalının yüksək olduğunu proqnozlaşdırırlar.

1997-ci ildə universal dəyərinə görə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilən adada il ərzində müxtəlif vaxtlarda 100 minə qədər suitilər və milyonlarla dəniz quşu yaşayır. Burada 850 mindən çox kral pinqvini cütü də məskunlaşıb.

DCCEEW-nin nazir müavini Şon Sallivan bildirib ki, insanların H5 quş qripinə yoluxma riski aşağı qiymətləndirilir, lakin çox sayda yoluxmuş heyvanın yaxınlığında yaşamağın yaratdığı psixoloji və sosial riskləri nəzərə almamaq mümkün deyil.

Avstraliya Antarktika Proqramının əsas tədqiqat və təchizat gəmisi RSV Nuyina sentyabrın sonu və ya oktyabrın əvvəlində adaya gedərək 24 alim, texniki və dəstək əməkdaşını, həmçinin vacib yükləri geri gətirəcək.

Mütəxəssislər adadakı vəziyyətin monitorinqinin mümkün yollarını nəzərdən keçirirlər. Sallivan Avstraliyanın Makkuori adasında uzunmüddətli fəaliyyətini davam etdirmək niyyətində olduğunu bildirib.

Aytən Yalçınqızı

Bənzər Xəbərlər

Dünya

Əminə Ərdoğandan uşaqların rəqəmsal dünyada təhlükəsizliyi ilə bağlı çağırış

Sentyabr 23, 2026
Dünya

Navrotski Ərdoğanın revolverinə qılıncla cavab verib

Sentyabr 23, 2026
Dünya

Tramp Hikmət Hacıyevin müsahibəsini öz sosial şəbəkə hesabında paylaşıb

Sentyabr 23, 2026
Dünya

İrəvan Ermənistanla Türkiyə arasındakı sərhədin açılmasını səbirsizliklə gözləyir - Paşinyan

Sentyabr 23, 2026
Dünya

Paşinyan Nyu-Yorkda Azərbaycanla sülh və “TRIPP” layihəsindən danışıb

Sentyabr 23, 2026
Dünya

Özbəkistan Naxçıvandan Türkiyəyə uzanan dəmir yolu layihəsinə qoşulmağa hazırlaşır

Sentyabr 23, 2026

XƏBƏR LENTİ

Əminə Ərdoğandan uşaqların rəqəmsal dünyada təhlükəsizliyi ilə bağlı çağırış

23 Sentyabr, 26 / 19:42

Bakı-Şamaxı yolunda hərəkətdə olan avtomobildə yanğın baş verib

23 Sentyabr, 26 / 19:27

Navrotski Ərdoğanın revolverinə qılıncla cavab verib

23 Sentyabr, 26 / 19:22

Tramp Hikmət Hacıyevin müsahibəsini öz sosial şəbəkə hesabında paylaşıb

23 Sentyabr, 26 / 19:19

İrəvan Ermənistanla Türkiyə arasındakı sərhədin açılmasını səbirsizliklə gözləyir - Paşinyan

23 Sentyabr, 26 / 19:17

Paşinyan Nyu-Yorkda Azərbaycanla sülh və “TRIPP” layihəsindən danışıb

23 Sentyabr, 26 / 19:14

Özbəkistan Naxçıvandan Türkiyəyə uzanan dəmir yolu layihəsinə qoşulmağa hazırlaşır

23 Sentyabr, 26 / 19:10

Ukrayna Silahlı Qüvvələri Rusiyanın taxılını Şimal qütb dairəsinə qədər qovub

23 Sentyabr, 26 / 19:04

Ciqan öz evində atəş açıb və personalı 10 saat girov saxlayıb

23 Sentyabr, 26 / 18:58

İran prezidenti onunla müharibə aparan ölkəyə gedib

23 Sentyabr, 26 / 18:55

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.