Manşet

“Aşağılar təhqir edəcək, Putin isə növbəti 4 il də Paşinyanla yola davam etməyə məcbur olacaq”

2 İyun 2026, 14:131
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

“Rusiya Prezidenti Vladimir Putin və onun yaxın dostu Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ermənistanın baş naziri Nikol Paşinyana münasibətdə “yaxşı polis” və “pis polis” rolunu oynayırlar”.

Zefer.media xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu deyib.

“Putin “İrəvan seçim etməlidir” xəbərdarlığından sonra Paşinyana telefon zəngi edərək ad günü münasibətilə onu təbik edib, Medvedev isə eyni gündə “Nikol sənin sonun pis olacaq” şəkildə təhqiredici status paylaşıb. Putin bircə kəlmə dostuna desə ki, “Paşinyanın ünvanına aşağılayıcı cümlələr yazma” məsələyə nöqtə qoyar. Ancaq o bunu etmir, hətta Kremlin nəzarətindəki televiziya aparıcılarına və şərhçilərinə imkan yaradıb ki, Paşinyanı təhqirlərinə fasilə verməsinlər. Putinin özü isə Paşinyanı ad günü münasibətilə ona görə təbrik edib ki, Ermənistanda 7 iyun parlament seçkisində onun qələbə qazanacağını özü üçün məyyənləşdirib. Aşağılar təhqir edəcək, Putinin özü isə növbəti 4 il də Paşinyanla yola davam etmək məcburiyyətində qalacaq”, – deyə o vurğulayıb.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600