• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9365
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Mədəniyyət

Amsterdamda “Qırmızı bağ” filmi nümayiş etdirildi — VİDEO/FOTO

08 İyun, 26 / 22:42
A A

Amsterdamda keçirilən “Qırmızı Lalə” XI Avrasiya Beynəlxalq Film Festivalı çərçivəsində Azərbaycan mədəniyyəti geniş şəkildə təbliğ olunub.

Zefer.media xəbər verir ki, Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurasının təşkilatçılığı ilə baş tutan xüsusi “Azərbaycan Günü”ndə rejissor Mirbala Səlimlinin böyük maraqla qarşılanan “Qırmızı bağ” filmi nümayiş etdirilib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təqdim etdiyi filmlərin iştirakı ilə reallaşan bu mədəniyyət layihəsi yerli sənətsevərlərin və Avropa ictimaiyyətinin diqqətini çəkib.

Tədbirin rəsmi açılışını edən Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurasının baş katibi Sahil Qasımov qonaqları salamlayaraq festivalın əhəmiyyətindən, həmçinin Azərbaycan kinosunun tarixi inkişaf yolundan bəhs edib.

Baş katib Avropanın mərkəzində belə genişmiqyaslı mədəniyyət layihələrinin keçirilməsinin diaspor fəaliyyətinə və milli-mədəni irsimizin tanıdılmasına böyük töhfə verdiyini diqqətə çatdırıb. Qırmızı Lalə Film Festivalının nümayəndəsi Bülent Eren də çıxışında festivalın beynəlxalq mədəni əlaqələrin güclənməsindəki rolunu vurğulayıb.

Mərasimdə iştirak edən Azərbaycan Respublikasının Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Əhmədzadə çıxışında Niderland və Azərbaycan arasındakı ikitərəfli əlaqələrə toxunub. Səfir iki ölkə arasında mədəniyyət, iqtisadiyyat və digər sahələrdəki münasibətlərin mövcud vəziyyətini yüksək qiymətləndirərək, bu növ humanitar layihələrin xalqlararası yaxınlaşmada körpü rolunu oynadığını qeyd edib. Diplomat Azərbaycan kinosunun və sənətinin Avropada nümayişinin ölkəmizin mədəni diplomatiyasının uğuru olduğunu xüsusi vurğulayıb.

Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurasi İdarə Heyətinin üzvləri olan Niderland nümayəndəsi Ofelya Babayeva, Finlandiya nümayəndəsi Arzu Oktay və Almaniya nümayəndəsi Elxan Kərimovun yaxından iştirakı ilə ərsəyə gələn layihənin təqdimatını Ülkər Gül və Umut Dəmirdaş Azərbaycan və ingilis dillərində aparıblar. Gecədə festival rəhbərliyi, eləcə də “Demokrat.az” xəbər portalının rəhbəri, “Ekoloji Dayanıqlılıq və Təbiətin Qorunması” İctimai Birliyinin sədri Vasif Həsənli daxil olmaqla media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Gecənin bədii hissəsində Avropanın tanınmış musiqi kollektivlərindən olan Jozsef Lendva simli alətlər qrupu səhnə alıb. Musiqiçilərin ifasında səslənən Azərbaycan və Avropa klassiklərinin ölməz əsərləri qonaqlar tərəfindən rəğbətlə qarşılanıb.

Bu cür layihələr Azərbaycanın zəngin mədəni irsinin Avropada daha yaxından tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir.

https://youtu.be/wa7sqZZD1L4?si=R9OWaY5xHdaG_NNE

Bənzər Xəbərlər

Mədəniyyət

Türk Mədəniyyəti və İrsi Fondu Birinci Türkoloji Qurultayın 100 illiyinə dair “Türk Dünyası Həftəsi”nin qonaqlarını qəbul edib

İyul 6, 2026
Mədəniyyət

Azərbaycanda süni intellektlə hazırlanan ilk tarixi sənədli film “Uzun Həsən” - VİDEO

İyul 4, 2026
Mədəniyyət

Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır

İyun 30, 2026
Gündəm

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Türk Dünyası Həftəsi çərçivəsində çıxış edib

İyun 30, 2026
Mədəniyyət

Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Özbəkistanda III Beynəlxalq Məqam Forumunun açılışında iştirak edib

İyun 24, 2026
Mədəniyyət

Əfsanələrə ilham verən qədim şəhər Troya

İyun 24, 2026

XƏBƏR LENTİ

Bu ödənişlər nağdsız olacaq

14 İyul, 26 / 18:50

Şəhid polkovnik İlqar Mirzəyevin anım günüdür

14 İyul, 26 / 18:34

Baş nazir qərar imzaladı

14 İyul, 26 / 18:25

Media həmrəyliyinə xidmət edən platforma 2 yaşında

14 İyul, 26 / 18:21

Polşa qırıcı təyyarələrini havaya qaldırıb

14 İyul, 26 / 18:20

İran qanunvericiləri ABŞ ilə memorandumun ləğvini tələb edirlər

14 İyul, 26 / 18:15

Netanyahu İranı xəbərdar etdi: Cavabımız daha sərt olacaq

14 İyul, 26 / 18:07

FT: İran ABŞ hərbçilərinin yerini mobil şəbəkələr vasitəsilə izləməyə cəhd edib

14 İyul, 26 / 18:03

Körfəz bölgəsində atəşkəsdən əvvəlki vəziyyətə geri dönülür?

14 İyul, 26 / 17:41

İran parlamentində Hörmüz boğazı ilə bağlı strateji fəaliyyət planı təqdim edilib

14 İyul, 26 / 17:10

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.