Dünya

Alimlər Xəzər hövzəsində iki yeni balıq növü aşkarlayıb

22 Sentyabr 2026, 19:211
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Rusiya alimləri Xəzər hövzəsində əvvəllər məlum olmayan iki yeni xul balığı növü aşkar ediblər. Bunlar Xəzər başbalığı və skif xul balığıdır.

Zefer.media “Minval”a istinadən xəbər verir ki, yeni növlər genetik analiz vasitəsilə müəyyən edilib. Başbalığın yeni növü Qazaxıstan sahillərində aşkarlanıb və indiyədək cəmi iki fərd qeydə alınıb.

Skif xul balığının isə Qara dənizdə yaşayan növlərlə genetik əlaqəsinin olduğu müəyyənləşib. Alimlərin fikrincə, bu, təxminən 2,1 milyon il əvvəl Qara dənizlə Xəzər dənizi arasında mövcud olmuş əlaqəni təsdiqləyir.

Aytən Yalçınqızı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600