• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
16.3° Weather Columbus
$
1.7
€
1.9097
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Təhsil

Ali məktəblərə ixtisas seçimi başlayıb - Yeniliklər olacaq?+Açıqlama

12 Avqust, 26 / 19:04
A A

Xəbər verdiyimiz kimi bu gündən ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb. Universitetlərə qəbul olmaq istəyən abituriyentlər üçün ixtisas seçimi avqustun 12–19-da aparılacaq.

İxtisas seçmək hüququ olan abituriyent müsabiqə şərtini ödədiyi ixtisas qrupuna (qruplarına), o cümlədən altqrupuna (altqruplarına) aid olan 15-dək ixtisasın kodunu qeyd edə bilər. İxtisas seçimi mərhələsində abituriyent qəbul olmaq istədiyi ixtisasların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidir. İmtahan verdiyi ixtisas qrupu (altqrupu) üzrə müsabiqə şərtini ödəyən abituriyent həmin qrup (altqrup) üzrə ixtisas seçmək hüququ əldə edir.

Bəs bu il seçimlərdə nələr gözlənilir? hansı yeniliklər müəyyənləşdirilib?

Təhsil üzrə ekspert Afərim Seyidova Zefer.media-ya açıqlamasında deyib ki, ixtisas seçimlərində yenə rəqabət gözlənilir:

“Pedaqoji ixtisaslarda plan yerlərinin azaldığını görürük, bu da ballara təsir göstərəcək. Ümumilikdə balların artıb ya da azalması müraciət və plan yerlərindən asılıdır. Öncədən dəqiq deyə bilmərik ki, neçə nəfər şəxs filan qrup üzrə müraciət edəcək. Təxmin edirik ki, plan yerləri azalırsa, məsələn pedaqoji ixtisaslarda bu il plan yerləri azalıbsa burada artıq balların artımını müəyyənləşdirmək olur. Biri var ənənəvi şəkildə hər il müraciət edilən ixtisaslar, digəri isə yeni yaranan ixtisaslardır. Həmişə aktual olanlar: pedaqoji, tibb, maliyyə, hüquq. Yeni ixtisaslara gəlincə: informasiya təhlükəsizliyi, kompüter elmləri, kibertəhlükəsizliyə böyük maraq var”.

Ekspert vurğulayıb ki, 3-cü qrupda riskli ballar 250-260-a qədər olanlardır:

“Keçən ilin ballarına əsasən ixtisas seçimi etmək çox risklidir. Nümunə üçün diqqətə çatdırım ki, məsələn, Qarabağ universitetinə bir abituriyent ixtisas seçimi edirsə, o əvvəlki ilin balına görə ibtidai sinif müəllimliyini seçir, bu da onun üçün aldadıcı olacaq. Həmin universitetə böyük axın və tələbatı, onun nüfuzunu nəzərə alanda ballar yüksələcək”.

Müsahibimiz yeniliklərdən də bəhs edib:

“İxtisas seçimində daha bir yenilik riyaziyyat – informatika alt qrupu üzrə indiyə qədər blokda 50-100 bal aralığı yığan abituriyentlər ancaq meşəçilik, şərabçılıq və yer quruluşu kimi ixtisaslara gedirdilərsə, 2026-cı ildə oraya kompüter mühəndisliyi, informasiya texnologiyaları ixtisasları da əlavə edilib. Bu o demək deyil ki, 150, 180 bal yığdıqda istədikləri ixtisasları seçə bilərlər. Sözügedən məqam o abituriyentlər üçün məqbuldur ki, blokdan 60 – 70 bal yığıb və 100 balı keçməyib, lakin buraxılış balı yüksəkdir –  misal üçün 200. Riyaziyyat- kimya alt qrupunda da bu ildən əlavə edilən ixtisaslar var: məhdud 50-100 bal aralığında, blokdan həmin balı yığanlara meliorasiya mühəndisliyi, qida mühəndisliyi, logistika və nəqliyyat mühəndisliyi və s.

İkinci qrupda blokdan 50-100 bal aralığını keçməyənlər üçün menecment, coğrafiya müəllimliyi, beynəlxalq ticarət və logistika, dövlət və bələdiyyə idarəetmələri kimi ixtisaslar mövcuddur.

Həmçinin, başqa yeniliklərə toxunmaq istəyirəm. Xəzər Universitetində çin dili və ədəbiyyatı ixtisası açılır. Belə ki, tələbə 3 il burada və 1 il Çində təhsil alacaq. Azərbaycan Dövlət Pedaqoji Universitetində fizika və riyaziyyat müəllimliyi, Azərbaycan Memarlıq və İnşaat Universitetində daşınmaz əmlakın inkişafı və idarəedilməsi ixtisası, Bakı Dövlət Universitetində Afrika üzrə regionşünaslıq – plan yeri 10 nəfər olacaq. Neft və Sənaye Universitetində isə tədris ingilis dilində 4 ixtisas açılacaq və s”.

Zərintac Mayisqızı 

Bənzər Xəbərlər

Təhsil

Bu universitetdə hüquqşünaslıq və tibb ixtisasları açılacaq

Noyabr 4, 2026
Gündəm

Əli Kərimlinin məhkəməsi başlayıb

Noyabr 3, 2026
Gündəm

İsa Həbibbəyli: "Ramiz Mehdiyev ölkənin adına ləkə gətirən cinayət hərəkətlərinə yol verib"

Oktyabr 28, 2026
Təhsil

Zaqatalada gənclərin iqtisadi maarifləndirilməsi istiqamətində tədbirlər keçirilib

Oktyabr 27, 2026
Manşet

Sabiq deputat Bakıda 4 milyon 810 min manatlıq özəl əmlakı özbaşına sökdü – ŞİRKƏTİNƏ CİNAYƏT İŞİ AÇILDI

Oktyabr 27, 2026
Siyasət

Ramiz Mehdiyev “Tovuz Baltiya”nı “Yelo Bank” burulğanına belə salıb – məkrli ssenari necə işləyib?

Oktyabr 24, 2026

XƏBƏR LENTİ

Bu universitetdə hüquqşünaslıq və tibb ixtisasları açılacaq

04 Noyabr, 26 / 21:36

Büdcəyə bu vergidən daxilolmalar azalacaq

04 Noyabr, 26 / 21:22

Biz əməkdaşlığa can atırıq – Putin

04 Noyabr, 26 / 20:59

Rusiyada yaşayan azərbaycanlı “Xalq yazıçısı” ədəbi mükafatının finalçısı olub

04 Noyabr, 26 / 20:47

Bakıda III Beynəlxalq Sağlamlıq Turizmi Konfransı işə başlayıb

04 Noyabr, 26 / 19:24

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Zəfər Günü ilə bağlı Bəyanat yayıb

04 Noyabr, 26 / 18:25

Cavanşir Feyziyev: “Paşinyan Ermənistan tarixində hakimiyyətdə olan ən ağıllı liderdir”

04 Noyabr, 26 / 9:08

Əli Kərimlinin məhkəməsi başlayıb

03 Noyabr, 26 / 12:19

Crossmedia platformasının fəaliyyətə başlamasından 2 il ötür

01 Noyabr, 26 / 15:33

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

31 Oktyabr, 26 / 9:23

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.