• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
20.6° Weather Columbus
$
1.7
€
1.9528
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Banner

Akademik Zərifə Əliyevanın anım günüdür

15 Aprel, 26 / 13:10
A A

Bu gün akademik Zərifə xanım Əliyevanın anım günüdür.

Zefer.media xəbər verir ki, Zərifə Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvan Muxtar Respubli­kasının Şərur rayonunun Şahtaxtı kəndində gələcəyin görkəmli dövlət və elm xadimi Əziz Əliyevin və Leyla xanım Əliyevanın ailəsində dünyaya göz açıb.

Elə həmin ilin may ayında ailəsi Bakıya köçüb. O zaman Sankt-Peterburq Tibb Akademiyasının 2-ci kurs tələbəsi olan Əziz Əliyev Rusiyada təhsilini yarımçıq qoymağa və ali tibb təhsilini Bakıda davam etdirməyə məcbur olub.

Zərifə Əliyeva ailədə ikinci övladdır. Qardaşları həkim, Tibb elmləri doktoru Tamerlan Əliyev və akademik Cəmil Əliyev, bacısı pianoçu Gülarə Əliyevadır.

Oftalmoloq-alim Zərifə xanım Azərbaycanın siyasi və dövlət xadimi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, Azərbaycan Respublikasının üçüncü Prezidenti Heydər Əliyev ilə ailə həyatı qurub. 12 oktyabr 1955-ci ildə qızı Sevil Əliyeva, 24 dekabr 1961-ci il tarixində oğlu, Azərbaycan Respublikasının gələcək Prezidenti İlham Əliyev dünyaya gəlib.

Elmi fəaliyyətinə nəzər saldıqda o, 1960-1967-ci illərdə Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb.
1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası tərəfindən «Oftalmologiya» ixtisası üzrə böyük elmi işçi adına layiq görülüb.

1967-ci ildə görkəmli akademik Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət edilib.

1977-ci ildə Zərifə Əliyevaya tibb elmləri doktoru alimlik dərəcəsi verilib. Onun “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı dissertasiya işi oftalmologiyanın bu sahəsində ilk işlərdən biri olub.

Doktorluq dissertasiyasını müdafiə etdikdən sonra o, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru seçilir və həmin kafedranın müdiri olub.
Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor 1983-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının akademiki seçilib.

Böyük professor onlarca elmlər doktoru və fəlsəfə doktorunun elmi rəh­bəri və məsləhətçisi olub. Çox sayda beynəlxalq qurultay, konqres, simpo­zium­larda iştirak edib. Z. Əliyevanın təşəbbüsü və təşkilat­çılığı ilə Bakıda ilk dəfə Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin Plenumu keçirilib. Bu plenumun keçirilməsi həm Azərbaycanda, həm də keçmiş İttifaqın ən yaxşı akademik müəssisələrində oftalmologiya xidmətinin inkişafında, habelə elmi-pedaqoji kadrların hazırlanmasında müstəsna rol oynayıb.

Oftalmoloq-alim 1985-ci il 15 apreldə dünyasını dəyişib. Professor, akademikin vəfatından 41 il ötür.

Zərintac Mayisqızı 

Bənzər Xəbərlər

Gündəm

“İZ” layihəsi qəhrəmanların həyat hekayələrini rəqəmsal yaddaşa çevirəcək

Sentyabr 19, 2026
Gündəm

19–20 sentyabr Antiterror Əməliyyatı: Azərbaycanın suverenliyinin tam bərpası

Sentyabr 19, 2026
Gündəm

Qarabağda 23 saatlıq əməliyyatın hərbi sirri - CƏLİL XƏLİLOV

Sentyabr 18, 2026
Gündəm

General-mayor vəfat etdi

Sentyabr 18, 2026
Banner

İtmiş şəhərlərin axtarışında - AZTV-nin eksklüziv reportajı + Video 

Sentyabr 16, 2026
Manşet

BMT-nin Məcburi İtkindüşmələr üzrə Komitəsinin 31-ci sessiyası – Bəyanat

Sentyabr 15, 2026

XƏBƏR LENTİ

Media nümayəndələri toyda belə rəqs etdilər – VİDEO

20 Sentyabr, 26 / 16:36

“İZ” layihəsi qəhrəmanların həyat hekayələrini rəqəmsal yaddaşa çevirəcək

19 Sentyabr, 26 / 18:36

19–20 sentyabr Antiterror Əməliyyatı: Azərbaycanın suverenliyinin tam bərpası

19 Sentyabr, 26 / 13:01

Xankəndində dalğalanan üçrəngli bayrağmız milli qürurumuzu ifadə edir – Tənzilə Rüstəmxanlı

19 Sentyabr, 26 / 12:49

“DTX bu əməliyyatla bir daha sübut etdi ki, istənilən terror və təxribat cəhdinin qarşısı qətiyyətlə alınacaq”

18 Sentyabr, 26 / 20:25

Qarabağda 23 saatlıq əməliyyatın hərbi sirri - CƏLİL XƏLİLOV

18 Sentyabr, 26 / 19:29

Azərbaycan Türk Dünyasının inteqrasiyasında aparıcı qüvvə rolunda – Tənzilə Rüstəmxanlı

18 Sentyabr, 26 / 14:24

Təyyarədə iki sərnişin əlbəyaxa davaya çıxıb - VİDEO

18 Sentyabr, 26 / 13:32

Azərbaycan DTX 5 ölkədə antiterror əməliyyatı keçirib, 10 nəfər saxlanılıb

18 Sentyabr, 26 / 13:24

Zöder Almaniyada əmək qabiliyyətli gənc ukraynalıları ödənişlərin ləğv edilməsinə çağırıb

18 Sentyabr, 26 / 13:00

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.