• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
25.3° Weather Columbus
$
1.7
€
1.9627
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Manşet

Ağdaş veteranları polkovnik Cəlil Xəlilovun Müzəffər Ali Baş Komandanla bağlı təklifini alqışlarla qarşılayıb

05 İyul, 26 / 12:06
A A

“Prezident İlham Əliyev sülh uğrundakı xidmətlərinə görə ən ali mükafatla təltif olunmalıdır”

“Azərbaycan xalqının beynəlxalq təşkilatlardan, dünya ictimaiyyətindən gözləntisi bundan ibarətdir”

Zefer.media Veteran.gov.az-a istinadən xəbər verir ki, 2 iyul 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Ağdaş rayonunda veteranlarla görüşüb. Görüş zamanı veteranları maraqlandıran suallara cavab verən polkovnik Cəlil Xəlilov, Prezident İlham Əliyevin şəhid ailələri və veteranlarla olan qayğısında danışıb. Pokovnik qeyd edib ki, Müzəffər Ali Baş Komandanın, eləcə də Azərbaycan Respublikasının I Vitse-prezidenti Mehriban Əliyevanın həssas kateqoriyadan olan şəxslərə münasibəti hər kəs üçün nümunə olmalıdır.

Polkovnik Cəlil Xəlilov daha sonra Prezident İlham Əliyevin liderliyi ilə Silahlı Qvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərdən, bu zəfərin hərbi-siyasi, mənəvi-psixoloji əhəmiyyətindən danışıb. Dövlət başçısının bu gün də sülh uğrunda mübarizəsini davam etdirdiyini bildirən Təşkilat sədri qeyd edib ki, Azərbaycanın bütün uğrularının arxasıdna məhz İlham Əliyev faktoru dayanır:

“Müzəffər Ali Baş Komandan İlham Əliyevin bilavasitə rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Ermənistan ordusunun darmadağın edilərək işğaldakı torpaqlarımızın azad olunması ilə Azərbaycanın ərazi bütövlüyü təmin edildi. 8 Noyabr zəfəri erməni faşizminə ölümcül zərbə vurmaqla regional sülh və təhlükəsizlik üçün ciddi zəmin formalaşdırdı. Azərbaycan regionda  uzun illərdir ki, möcud olan status-kvonu dəyişdi. Silahlı Qüvvələrimiz Vətən müharibəsində yalnız Ermənistanı deyil, btün ermənipərəst qüvvələri məğlub etməklə misilsiz bir zəfərə imza atdı. Bu qələbənin baş memarlı isə Prezident İlham Əliyev oldu.

Azərbaycan 8 Noyabr zəfərindən sonra da diplomatik müstəvidə sülh uğrunda mübarizəsini davam etdirdi. Nəhayət, 8 avqust 2025-ci il tarixində Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın da iştirakı ilə Azərbaycanla Ermənistan arasında sülh mətninin paraflanmasına nail olundu. İlham Əliyev mharibənin qalibi olmaqla yanaşı, sülhün də müəllifi oldu”.

Polkovnik Cəlil Xəlilov çıxışında dövlət başçısı ilə bağlı maraqlı təkliflərlə çıxış edib:

“Biz veteranlar hesab edirik ki, regional sülhə verdiyi bir-birindən önəmli töhfələrə görə Prezident İlham Əliyevin Nobel sülh mükafatına namizədliyi irəli sürülməli, Azərbaycanın dövlət başçısı bu mkafatla təltif edilməlidir. Çünki yaşanan bütün proseslər, hadisə və faktlar sübut edir ki, Azərbaycan Prezidenti bu mkafata həqiqətən də layiqdir.

Bundan başqa, sülh uğrundakı xidmətlərinə görə Prezident İlham Əliyev beynəlxalq əhəmiyyətli digər ali mükafatlarla da təltif olunmalıdır. Azərbaycan xalqının beynəlxalq təşkilatlardan, dünya ictimaiyyətindən gözləntisi bundan ibarətdir”.

Polkovnik Cəlil Xəlilovun səsləndirdiyi təkliflər veteranlar tərəfindən alqışlarla qarşılanıb, yekdilliklə təqdir olunub.

Bənzər Xəbərlər

Manşet

BMT-nin Məcburi İtkindüşmələr üzrə Komitəsinin 31-ci sessiyası – Bəyanat

Sentyabr 15, 2026
Gündəm

Medianews.az 14 yaşını qeyd edir

Sentyabr 12, 2026
Hərbi

“Xarici diplomatların işğaldan azad edilən torpaqlara səfəri Azərbaycan həqiqətlərinin beynəlxalq müstəvidə təbliği baxımından önəmlidir”

Sentyabr 11, 2026
Siyasət

Prezident İlham Əliyev Qaradağda – FOTOLAR

Sentyabr 10, 2026
Manşet

Ermənistana 20 vaqon arpa və 21 vaqon buğda göndərildi

Sentyabr 10, 2026
Siyasət

Prezidentdən fərman

Sentyabr 10, 2026

XƏBƏR LENTİ

İtmiş şəhərlərin axtarışında - AZTV-nin eksklüziv reportajı + Video 

16 Sentyabr, 26 / 22:35

Arzuxan Əlizadə İsveçdə parlament seçkilərini müşahidə edib – FOTOLAR

16 Sentyabr, 26 / 22:13

Qərbi Azərbaycanda Azərbaycan izləri silinir: Mədəni irsimiz təhlükədə – Tənzilə Rüstəmxanlı yazır

16 Sentyabr, 26 / 19:14

Azərbaycanın diplomatik strategiyası: faktlar olduğu kimi

16 Sentyabr, 26 / 10:55

Ermənistanın sülhpərvərliyi şübhə doğurur

16 Sentyabr, 26 / 10:44

Montrödə “Rast”, yaddaşımda Şuşa, bir də “Təbrizin küçələri dolanbadolan”

15 Sentyabr, 26 / 20:19

BMT-nin Məcburi İtkindüşmələr üzrə Komitəsinin 31-ci sessiyası – Bəyanat

15 Sentyabr, 26 / 20:15

Türkiyə Prezidentinin köməkçisi Azərbaycanı nüfuzlu qlobal oyunçu kimi qiymətləndirib

15 Sentyabr, 26 / 18:56

“Prezident İlham Əliyevin Qarabağ Dirçəliş Fondu ilə bağlı bu addımı hər bir azərbaycanlıya nümunədir”

15 Sentyabr, 26 / 16:00

İşğaldan azad edilmiş ərazilərdə ilk dəfə Bilik Günü keçirilir

15 Sentyabr, 26 / 11:38

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.