ABŞ və İsrail hərbçiləri Konqresə seçkilərdən sonra İrana zərbələri bərpa etmək planları hazırlayıblar.
Zefer.media “The New York Times” qəzetinə istinadən xəbər verir ki, mənbələrin məlumatına görə, mümkün hədəflər sırasında nüvə obyektləri, enerji infrastrukturu, həmçinin ölkənin raket və pilotsuz uçuş aparatları arsenalı var. Bununla belə, neft emalı zavodlarına və neft infrastrukturuna zərbələrin endirilməsi nəzərdə tutulmur. Buna səbəb Donald Trampın yanacağın qiymətlərinin daha da artmasının qarşısını almaq istəməsidir.
Nəşrin məlumatına görə, söhbət “qısa, lakin intensiv əməliyyatdan” gedir. ABŞ və İsrail hərbçiləri artıq birgə təlimləri intensivləşdirib və zərbə manevrlərini məşq edirlər.
Pərvin Hacıyeva




