Dünya

ABŞ və Çin hərbi komandanlıqlar səviyyəsində əlaqələri bərpa edib

7 Sentyabr 2026, 12:552
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

ABŞ və Çin iki illik fasilədən sonra hərbi komandanlıqlar səviyyəsində əlaqələri bərpa edib.

Zefer.media “Caliber”ə istinadən xəbər verir ki, Kanadanın Viktoriya şəhərində Çin Xalq Azadlıq Ordusunun Şərq Hərbi Dairəsinin komandanı Yan Çjibin ilə ABŞ-ın Hind-Sakit okean Komandanlığının rəhbəri admiral Samuel Paparonun görüşü keçirilib.

Görüş zamanı tərəflər vəziyyətin yanlış qiymətləndirilməsi riskinin azaldılması və silahlı qüvvələr arasında təhlükəsiz, peşəkar qarşılıqlı fəaliyyətin təmin edilməsi üçün iki ölkənin yüksək hərbi rəhbərliyi arasında açıq rabitə kanallarının saxlanmasının vacibliyini müzakirə ediblər.

Görüş avqustun 31-dən sentyabrın 2-dək Viktoriya şəhərində keçirilən 28-ci Hind-Sakit okean Müdafiə Rəhbərləri Konfransı çərçivəsində baş tutub.

Aytən Yalçınqızı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600