ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynada müharibə başa çatmamış Rusiya ilə müəyyən iqtisadi razılaşmalar əldə etmək imkanını nəzərdən keçirir.
Zefer.media xəbər verir ki, bu barədə “The New York Times” danışıqlara yaxın iki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Vaşinqton bu addımla Moskva ilə münasibətlərin yenidən qurulmasında ciddi maraqlı olduğunu göstərmək və Rusiya elitası üçün müharibənin başa çatdırılmasına əlavə stimul yaratmaq istəyir.
Qəzet yazır ki, söhbət enerji, investisiya və digər iqtisadi sahələrdə mümkün əməkdaşlıqdan gedə bilər. Bununla belə, konkret hansı sazişlərin nəzərdən keçirildiyi hələ açıqlanmayıb.
Mümkün iqtisadi razılaşmaların müharibə başa çatmadan əldə edilməsi ABŞ-ın Rusiya ilə münasibətlərinin normallaşdırılması istiqamətində yanaşmasında dəyişiklik kimi qiymətləndirilir.
Qəmər Kazımzadə

















