• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
17.1° Weather Columbus
$
1.7
€
1.9792
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Siyasət

ABŞ - NATO arasında nə baş verir? - AÇIQLAMA

15 Aprel, 26 / 17:32
A A

“NATO bizim yanımızda olmayıb, gələcəkdə də bizimlə olmayacaq”.

Bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.

Politoloq Azad Məsiyev Zefer.media-ya açıqlamasında qeyd edib ki, NATO hərbi bloku tarixən yarandığı gündən indiyə qədər Amerika Birləşmiş Ştatlarının himayəsi altında formalaşıb:

“NATO bloku Amerika Birləşmiş Ştatlarının strateji məqsədinə çatmaq üçün bir hərbi gücdür və kim Amerikanın maraqlarına uyğun davranmırsa, Amerika NATO bloku vasitəsilə həmin dövlətlərə təzyiq edirdi.

Yəni NATO bloku ABŞ-nin “vuran əli”dir. Bu, ABŞ-nin himayəsi altında idarə olunur – istər hərbi nöqteyi-nəzərdən, istər siyasi nöqteyi-nəzərdən, istərsə də iqtisadi nöqteyi-nəzərdən. Çünki NATO blokunu Amerika Birləşmiş Ştatları maliyyə dəstəyi ilə inkişaf etdirir.

Tarixə ekskursiya etsək, NATO bloku ilə Varşava Birliyi, yəni SSRİ dövründə mövcud olan Varşava Birliyi arasında böyük bir rəqabət gedirdi. Varşava Birliyi dağıldıqdan sonra NATO bloku Rusiyanı hədəf götürərək onu düşmən elan etdi və Rusiyaya qarşı inteqrasiya etmək, onun sərhədlərinə doğru genişlənmək, Rusiyanı dünya siyasi xəritəsindən təcrid etmək məqsədilə siyasət həyata keçirdi”.

O bildirib ki, məsələyə daha qlobal baxanda ABŞ-nin məqsədi dünyada birqütblü sistem yaratmaqdır və bunun da Amerika tərəfindən idarə olunması gündəmdədir:

“Yəni Amerikan imperatorluğu yaradılmalıdır və bu imperatorluğa təhlükə yaradan amillər aradan qaldırılmalıdır. Amerikan imperatorluğu üçün üç əsas təhlükə mənbəyi mövcuddur: bunlardan biri Rusiyadır – hərbi gücünə görə, ikincisi Çindir – iqtisadi gücünə görə, üçüncüsü isə Avropanın pul vahidi olan avrodur – maliyyə gücünə görə”.

Bəli, Amerika Birləşmiş Ştatları bu strategiyanı, Amerikada kimin hakimiyyətdə olmasından asılı olmayaraq, qoruyur. İstər respublikaçılar hakimiyyətdə olsun, istərsə də demokratlar hakimiyyətdə olsun, bu strategiya saxlanılır və onun həyata keçirilməsi üçün müxtəlif taktiki gedişlər tətbiq olunur.

ABŞ imperatorluğunu qorumaq və inkişaf etdirmək üçün NATO bloku bir vasitə kimi istifadə olunur. Hazırda isə yeni bir düzən formalaşır. Dünyada yaranmış xaosun fonunda yeni geosiyasi reallıq meydana çıxır. Xüsusilə də Tramp hakimiyyətə gəldikdən sonra yeni bir situasiya yaranıb. Bu da ondan irəli gəlir ki, Tramp NATO blokuna daxil olan dövlətlərə təzyiq edir ki, hər bir dövlət ümumi gəlirin beş faizini NATO-ya xərcləməlidir. Yəni ABŞ-nin maliyyə yükünü NATO blokuna daxil olan dövlətlərin üzərinə yönəltmək istəyir.
Trampın apardığı siyasət NATO bloku daxilində parçalanmalar yaradıb və bu artıq açıq şəkildə etiraf olunur. İstər Ukrayna münaqişəsi, istərsə də Yaxın Şərqdə baş verən hadisələr NATO blokunda çatların meydana gəlməsinə səbəb olub.

Bir fikri xüsusi vurğulamaq istəyirəm:
“Tramp Amerika Birləşmiş Ştatlarının Qarbaçovudur”. Necə ki, Qarbaçov SSRİ-ni və Varşava Birliyini dağıdaraq onu süquta uğratdı, Trampın apardığı siyasət də NATO blokunu parçalamaqla Amerikan imperatorluğunu uçuruma aparır. Çünki artıq Amerikanın əsas dayaqları zədələnməkdədir.

Politoloq əlavə edib ki, Trampın apardığı siyasət Birləşmiş Ştatlarda yeni bir taktiki gediş kimi qiymətləndirilə bilər:

“NATO blokunda yaranmış çatlar bu blokun gələcək fəaliyyətinə də kölgə salır. Ukrayna münaqişəsində Tramp açıq şəkildə bəyan etdi ki, bu münaqişə Baydenin münaqişəsidir və NATO blokuna daxil olan dövlətlərə bildirdi ki, bu müharibədə Amerika Birləşmiş Ştatları Ukraynaya maliyyə dəstəyi verməyəcəkdir.

Yəni məqsəd Avropa ilə Rusiyanı qarşı-qarşıya qoymaqdır. Daha əvvəl qeyd etdiyim kimi, Amerikan imperatorluğuna üç təhlükə mənbəyi var və bunlardan biri də Avropanın pul vahidi olan avrodur. Bu təhlükəni aradan qaldırmaq üçün Avropa iqtisadiyyatı zəifləməlidir ki, avro dollar üçün rəqibə çevrilməsin.
Çünki Amerikanın gücü tankda, topda və ya raketdə deyil, dollarındadır. Dollar zəifləyərsə, Amerikan imperatorluğu da zəifləyər. Buna görə də Amerika Birləşmiş Ştatları çalışır ki, maliyyə baxımından təhlükə yaradan avronu qlobal valyuta mövqeyindən sıxışdırsın.
Bu prosesin bir hissəsi kimi Ukrayna münaqişəsi yaranıb və Avropa bu münaqişəyə cəlb olunub. Nəticədə həm Rusiya, həm də Avropa iqtisadiyyatı zəifləyir. Avropa iqtisadiyyatı zəiflədikcə, avro dəyərdən düşür və dollar üstün mövqeyini qoruyur.

Eyni zamanda, yüz milyardlarla dollar Ukraynaya ayrılır və bu vəsait əsasən hərbi sənayeyə yönəlir. Bu isə ABŞ iqtisadiyyatına xidmət edir. Əgər bu vəsaitlər Avropa iqtisadiyyatına yönəldilsəydi, Avropa daha da güclənə bilərdi. Lakin hazırda Avropa iqtisadiyyatı münaqişə səbəbindən zəifləyir.
Bu baxımdan NATO bloku artıq ABŞ üçün əvvəlki qədər effektiv vasitə hesab olunmur. Çünki ABŞ yeni güc mərkəzi kimi öz mövqeyini fərqli şəkildə qurmağa çalışır. NATO-nun güclü qalması Avropanın da güclənməsi deməkdir ki, bu da hər zaman ABŞ-ın strateji maraqları ilə üst-üstə düşmür.
Bu səbəbdən Tramp NATO üzvü olan Avropa dövlətlərini çətin seçim qarşısında qoyub. Müdafiə xərclərinin artırılması bu ölkələrin iqtisadiyyatına əlavə yük yaradır.

NATO-nun parçalanması dünyada yeni bir sistemin yaranmasına səbəb ola bilər və bu proses artıq özünü göstərməkdədir. Xüsusilə də NATO-nun şərqə doğru genişlənməsi Rusiyanın hərbi gücünü zəiflətmək məqsədi daşıyırdı.
Hazırda isə həm Ukrayna münaqişəsi, həm də Yaxın Şərqdə baş verən hadisələr göstərir ki, NATO daxilində ciddi fikir ayrılıqları mövcuddur. Bu isə təşkilatın gələcək fəaliyyətini sual altına alır.

Bu proseslər fonunda dünyada yeni güc mərkəzlərinin yaranması ehtimalı artır. Türk Dövlətləri Təşkilatı çərçivəsində mümkün Turan İttifaqının yaradılması da bu kontekstdə müzakirə olunur.
Belə bir ittifaq formalaşarsa, geniş ərazi, böyük əhali və zəngin resurslar sayəsində yeni bir güc mərkəzi yarana bilər. Bu isə xüsusilə Cənubi Qafqaz regionuna təsir edəcək.

Azərbaycanın coğrafi mövqeyi bu proseslərdə onun rolunu daha da artırır. Şərq ilə Qərbin kəsişməsində yerləşən Azərbaycan yeni geosiyasi reallıqlarda mühüm aktora çevrilə bilər.
Nəticə etibarilə, dünya yenidən formatlaşır və bu proseslərdə Azərbaycan da aparıcı mövqelərdən birini tuta bilər”.

Aytən Yalçınqızı

Bənzər Xəbərlər

Cəmiyyət

Elm və təhsil naziri İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin Qobustan korpusunda olub

May 25, 2026
Manşet

Azərbaycan və Latviya DİN-ləri əməkdaşlıq edəcək

May 25, 2026
Manşet

Azərbaycanın Serbiyada qaz turbin elektrik stansiyasının tikintisi ilə bağlı saziş təsdiq edilib

May 25, 2026
Manşet

Si Cinpin Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb

May 25, 2026
Manşet

Azərbaycan Serbiya ilə qida təhlükəsizliyi sahəsində əməkdaşlıq edəcək

May 25, 2026
Manşet

İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

May 25, 2026

XƏBƏR LENTİ

Elm və təhsil naziri İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin Qobustan korpusunda olub

25 May, 26 / 17:30

Azərbaycan və Latviya DİN-ləri əməkdaşlıq edəcək

25 May, 26 / 17:22

Azərbaycanın Serbiyada qaz turbin elektrik stansiyasının tikintisi ilə bağlı saziş təsdiq edilib

25 May, 26 / 17:21

Si Cinpin Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb

25 May, 26 / 17:19

Azərbaycan Serbiya ilə qida təhlükəsizliyi sahəsində əməkdaşlıq edəcək

25 May, 26 / 17:15

İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

25 May, 26 / 16:56

İran rəsmiləri ABŞ ilə mümkün razılaşmanı müzakirə etmək üçün Qətərə yola düşüblər

25 May, 26 / 16:51

Tramp: “İranla razılaşma ya əla olacaq, ya da olmayacaq”

25 May, 26 / 16:47

“Rubionun İrəvana səfərinin qarşıdakı seçkilərlə əlaqəsi yoxdur”

25 May, 26 / 16:45

WUF13-ün keçirildiyi günlərdə 52 nəfərə tibbi xidmət göstərilib

25 May, 26 / 16:42

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.