Xarici xəbərlər

ABŞ İrana yeni təklif göndərdi, Tehran isə öz şərtlərini irəli sürdü

8 Sentyabr 2026, 14:134
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

ABŞ-nin İranla bağlı yeni təklifi vasitəçi tərəflərlə Tehrana çatdırdığı bildirilir.

Zefer.media Türkiyənin TRT kanalının məlumatına istinadən xəbər verir ki, Vaşinqton İran tərəfinə yeni təklif göndərib.

Tehran isə əvvəlki razılaşmalar çərçivəsində ABŞ-nin öhdəliklərini dəfələrlə pozduğunu və Vaşinqtonun mövqeyini dəyişdirdiyini əsas gətirərək öz şərtlərini müəyyənləşdirib.

Qeyd olunur ki, hazırda vasitəçilər həm ABŞ, həm də İran tərəfi ilə məsləhətləşmələri və əlaqələri davam etdirirlər.

İran daha əvvəl də ABŞ ilə birbaşa danışıqlar aparmadığını, tərəflər arasında mesaj mübadiləsinin vasitəçilər üzərindən həyata keçirildiyini açıqlayıb.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600