Banner

ABŞ İrana qarşı hərbi əməliyyatları istənilən an bərpa etməyə hazırdır

24 Noyabr 2026, 14:001
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

ABŞ ordusu İrana qarşı hərbi əməliyyatları istənilən an bərpa etməyə hazırdır.

Zefer.Media xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalına yüksək vəzifəli amerikalı mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, ABŞ hərbçiləri qarşıya qoyulan tapşırıqları yerinə yetirməyə imkan verən mövqelərdə yerləşdirilib.

“Amerika qoşunları qarşılarına qoyulan vəzifələri yerinə yetirməyə imkan verən mövqelərdə yerləşdirilib”, – deyə mənbə bildirib.

Telekanalın məlumatına görə, Vaşinqtonun mümkün hərbi əməliyyatlarla bağlı bir neçə ssenarisi mövcuddur. Bunlara İranın nüvə obyektlərinə, hərbi sənaye müəssisələrinə və İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus obyektlərə zərbələr endirilməsi daxildir.

Bundan başqa, İran tərəfindən hərbi məqsədlər üçün istifadə olunduğu iddia edilən mülki infrastrukturların, o cümlədən neft obyektlərinin də mümkün hədəflər sırasında olduğu bildirilir.

Qeyd edək ki, ABŞ-ın mümkün hərbi əməliyyatlarının miqyası və başlanma vaxtı ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600