• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
25.4° Weather Columbus
$
1.7
€
1.9345
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Siyasət

ABŞ-İran qarşıdurması dərinləşir: Qlobal təhlükə siqnalı verilib

10 İyul, 26 / 22:22
A A

“Ərazilərini və hərbi infrastrukturlarını İrana qarşı hücumlar üçün ABŞ-yə verən ölkələr ciddi fəsadlarla üzləşəcəklər”.

Bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai bildirib.

“Avropadakı ərazilərini, bazalarını və infrastrukturlarını ABŞ və İsrailin hücumları üçün təmin edən tərəflər öz iştiraklarına və sonrakı nəticələrə görə məsuliyyətdən yayına bilməzlər”, – o qeyd edib.

İranın açıqlaması Yaxın Şərqdə hərbi-siyasi vəziyyətin daha da mürəkkəbləşə biləcəyinə dair ehtimalları artırır. Bu prosesi şərh edən politoloq Elçin Xalidbəyli Zefer.media-ya açıqlamasında bildirib ki, regionda yaranmış gərginlik getdikcə daha təhlükəli xarakter alır:

“Hazırda Yaxın Şərqdə baş verən hadisələr bütövlükdə qlobal məkanda olduqca ciddi gərginliyin əsas qaynağı rolunu oynayır. Yaxın Şərqdəki bu gərginlik, istər-istəməz, qlobal məkanla yanaşı, qonşu bölgələrə də ciddi şəkildə təsir edir. İranın ətrafında baş verənlər həm qonşu ölkələrdə, həm də qonşu regionlarda olduqca ciddi gərginlik mənbəyi rolunu oynayır. Ona görə də hesab etmək olar ki, Yaxın Şərq böhranı hazırda dünyanın ən təhlükəli problemlərindən biridir”.

Ekspert həmçinin qeyd edib ki, hadisələrin bundan sonrakı gedişatı regionun taleyinə birbaşa təsir göstərə bilər:

“Son vaxtlar bir atəşkəs sənədinə imza atmaq mümkün olsa da, belə anlaşılır ki, Amerika Birləşmiş Ştatları və İran arasındakı danışıqlar prosesi neqativ məzmun daşıyır və anlaşma ehtimalları artıq getdikcə azalır. Qarşılıqlı hərbi zərbələr də bunu təsdiqləyir.

Ona görə də hesab etmək olar ki, ABŞ və İran arasında qarşılıqlı hərbi zərbələr, eyni zamanda qarşılıqlı təhdidlər yaxın vaxtlarda həm qlobal məkanda, həm də Yaxın Şərq regionunda hadisələrin nəzarətdən çıxma təhlükəsini ön plana keçirə bilər.

Bu gərginlik, istənilən halda, yeni, genişmiqyaslı savaş ehtimalını da aktual olaraq saxlayır. Mövcud situasiyadan əsas çıxış yolları kimi danışıqlar masasına yenidən geri dönmək daha faydalı olardı. Bu, həm münaqişə tərəfləri üçün, həm də qlobal iqtisadiyyat və qlobal təhlükəsizlik baxımından böyük önəm daşıyır.

Əgər qarşıduran tərəflər bu gərginlikdən və savaş təhlükəsi yaradan addımlardan imtina etməsələr, yaxın gələcəkdə daha genişmiqyaslı savaş təhlükəsi yarana bilər və hətta Yaxın Şərq böhranının arealı daha da genişlənib qlobal məkan üçün təhlükə səviyyəsini artıra bilər”.

Lalə Qurbanlı

Bənzər Xəbərlər

Siyasət

Əraqçı Trampın İran aktivləri ilə bağlı qərarını sərt tənqid etdi

İyul 24, 2026
Xarici xəbərlər

Aİ İrana yeni sanksiyalar tətbiq edib

İyul 24, 2026
Xarici xəbərlər

Rusiya XİN rəhbəri İrana səfər edəcək

İyul 24, 2026
Manşet

Əli Əsədov daha bir qərar imzaladı

İyul 24, 2026
Siyasət

İran və Rusiya XİN başçıları görüşüb

İyul 24, 2026
Gündəm

Zefer.media İnformasiya Portalının könüllüləri Milli Mətbuat Günü münasibətilə təltif olunublar

İyul 24, 2026

XƏBƏR LENTİ

Əraqçı Trampın İran aktivləri ilə bağlı qərarını sərt tənqid etdi

24 İyul, 26 / 20:12

“Qarabağ”ın oyunu bu hakimlərə tapşırıldı

24 İyul, 26 / 18:26

İspaniyada böyük meşə yanğınları

24 İyul, 26 / 18:22

Ağdamda keçmiş təmas xəttində yanğın davam edir

24 İyul, 26 / 18:20

Aİ İrana yeni sanksiyalar tətbiq edib

24 İyul, 26 / 18:19

“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb

24 İyul, 26 / 18:15

“İran xalqı ABŞ ilə danışıqlara nifrət edir”

24 İyul, 26 / 18:15

Rusiya XİN rəhbəri İrana səfər edəcək

24 İyul, 26 / 18:12

Qazaxıstan və Özbəkistan turizm şirkətlərinin Azərbaycana tanışlıq səfəri təşkil olunub

24 İyul, 26 / 18:10

SEPAH region ölkələrinin əhalisinə çağırış edib: “ABŞ bazalarından uzaq durun”

24 İyul, 26 / 16:59

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.