• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
17.7° Weather Ashburn
$
1.7
€
1.9069
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

“ABAD”ın yaradılmasından 10 il ötür 

23 Sentyabr, 26 / 9:50
A A

10 il əvvəl bir ideyanın təməli qoyuldu. 2016-cı ildə ABAD pilot layihə kimi Masallı “ASAN Həyat” Kompleksində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təqdim olundu. Elə həmin ilin 23 sentyabr tarixində Prezident İlham Əliyevin Fərmanı ilə “ABAD” publik hüquqi şəxsi yaradıldı və ailə bizneslərinin inkişafına yeni dəstək modeli fəaliyyətə başladı.

Dövlət Agentliyinin mətbuat xidmətindən Zefer.media – ya verilən məlumata görə, 2017-ci ildə Balakən ABAD Mərkəzinin açılışı ilə fəaliyyət coğrafiyası genişləndi. Dövlət dəstəyi, eləcə də “PAŞA Holding”in sosial məsuliyyət tədbirləri çərçivəsində göstərdiyi dəstək nəticəsində Quba ABAD Factory, Şəki ABAD Keramika və Tətbiqi Sənət Mərkəzi, Nardaran ABAD Keramika və Tətbiqi Sənət Mərkəzi yaradıldı. Art Hotel by ABAD Guest ilə fəaliyyət turizm sahəsini də əhatə etdi.

Bu günədək 723 ailə biznesinə dəstək göstərilib. Onlardan 542-si sənətkarlıq, 156-sı qida istehsalı, 25-i isə digər sahələrdə fəaliyyət göstərir. ABADçıların 370-i qadın, 283-ü kişi, 70-i isə hüquqi şəxsdir.

10 il ərzində ABADçıların istehsalı olan məhsulların satış həcmi 20 milyon manata çatdı.

ABAD “İdeyadan rəflərə” yanaşması ilə ailə bizneslərinə istehsaldan satışadək bütün mərhələlərdə dəstək göstərir.

2017-ci ildə İçərişəhərdə SOCAR və TİKA-nın dəstəyi ilə ilk ABAD Etno-butiki fəaliyyətə başladı. Elə həmin il ABAD məhsulları ilk dəfə Bravo supermarketlərində satışa çıxarıldı, sonradan burada bakaleya bölmələri və xüsusi satış stendləri yaradıldı. Etno-butiklər şəbəkəsi Heydər Əliyev Beynəlxalq Aeroportunun Duty Free zonası, Milli Gimnastika Arenası, Tufandağ Qış-Yay Turizm İstirahət Kompleksi, Fairmont Baku, Şamaxı, Şəki, eləcə də 3 və 7 saylı Bakı “ASAN xidmət” mərkəzlərinədək genişləndi. Daha sonra məhsullar Grandmart, Bolmart, Megastor, Rahat Gourmet, Port Bazar, Kontinental, Aplus, Araz Supermarket və Favorit Premium şəbəkələrində satışa çıxarıldı, 2025-ci ildən etibarən marketplace üzrə ölkə nəhəngləri Wolt Market və Bir Market üzərindən istehlakçılara sifariş imkanı yaradıldı.

“PAŞA Holding”in bilavasilə dəstəyi və digər tərəfdaşlarla əməkdaşlıq ABAD-ın inkişafına yeni imkanlar açdı, mikro və kiçik sahibkarların inkişafını stimullaşdırdı.

Şəki ABAD Keramika və Tətbiqi Sənət Mərkəzi ilk Beynəlxalq Keramika Simpoziumuna ev sahibliyi etməklə, 2021-ci ildə Şəkinin Avropa Keramika Marşrutuna daxil edilməsinə töhfə verdi.

Hazırda işğaldan azad olunmuş ərazilərdən toplanılan təbii ballar daxil olmaqla müxtəlif çeşiddə sənətkarlıq və qida məhsulları istehsalı ilə məşğul olan minlərlə Azərbaycan vətəndaşı ABAD layihəsinin benifisiarlarıdır.

Bu gün ABAD yüzlərlə ailənin inkişaf yolunun və dayanıqlı biznesinin ayrılmaz hissəsinə çevrilib.

Bənzər Xəbərlər

Gündəm

Azərbaycan–Türkiyə qardaşlığı şəhid ailələrinin görüşündə bir daha nümayiş etdirilib

Oktyabr 6, 2026
Gündəm

“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var”

Oktyabr 6, 2026
Gündəm

Asiya İnkişaf Bankı Biləcəri-Yalama dəmir yolu xəttinin modernləşdirilməsinə 350 milyon dollar ayırıb

Oktyabr 6, 2026
Gündəm

“Azərsun Holdinq” Təmizlik Kağızları Fabrikinə mediatur təşkil edib

Oktyabr 6, 2026
Gündəm

Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalanıb

Oktyabr 6, 2026
Gündəm

Oktyabr 6, 2026

XƏBƏR LENTİ

Azərbaycan–Türkiyə qardaşlığı şəhid ailələrinin görüşündə bir daha nümayiş etdirilib

06 Oktyabr, 26 / 22:15

“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var”

06 Oktyabr, 26 / 20:42

Avropa Komissiyası Aİ ölkələrinin veto hüququndan məhrum edilməsini təklif edib

06 Oktyabr, 26 / 20:33

Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

06 Oktyabr, 26 / 20:30

Ermənistan Gümrüdəki bazanın gələcək taleyinə görə məsuliyyəti Rusiyanın üzərinə atmağa çalışır - Rusiya XİN rəsmisi

06 Oktyabr, 26 / 20:25

Pakistan 30-40 min hərbçi göndərilməsi xəbərini təkzib edib

06 Oktyabr, 26 / 20:22

Xaçmazda kişi evinin həyətində ölü tapıldı

06 Oktyabr, 26 / 20:21

Soçi sahillərində gəmidə yanğın baş verib

06 Oktyabr, 26 / 20:18

Türk dövlətləri kosmos sahəsində səylərini birləşdirir

06 Oktyabr, 26 / 20:11

Azərbaycan və Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub

06 Oktyabr, 26 / 20:09

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.