Dünya

Ermənistanın gerbi və bayrağı dəyişə bilər – Paşinyan

26 Noyabr 2026, 18:303
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Ermənistanın dövlət rəmzlərinin dəyişdirilməsi ilə bağlı qərarı ölkə vətəndaşları referendum yolu ilə verməlidir.

Zefer.media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 26-da hökumətin iclasından sonra keçirdiyi ənənəvi brifinqdə dövlət gerbindən Ağrı dağının (Ararat) təsvirinin çıxarılması ehtimalı ilə bağlı sualı cavablandırarkən deyib.

Baş nazirin sözlərinə görə, ölkənin yeni Konstitusiya layihəsində dövlət rəmzlərinin referendum çərçivəsində qəbul ediləcək ayrıca qanunla müəyyənləşdirilməsi nəzərdə tutulur.

O bildirib ki, hazırda hakimiyyətin dövlət rəmzlərinin dəyişdirilməsi ilə bağlı konkret təklifləri yoxdur.

“Vətəndaşlar özlərinə hansı bayrağı, gerbi və ya himni məxsus hesab etdiklərinə özləri qərar verməlidirlər”, – deyə Paşinyan vurğulayıb.

Hökumət başçısı əlavə edib ki, vətəndaşlar mövcud dövlət rəmzlərinin saxlanılmasını dəstəkləsələr, heç bir dəyişiklik edilməyəcək.

 

Aytən Yalçınqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600