Dünya

İran nüvə fəaliyyətini davam etdirəcək – Eslami

26 Noyabr 2026, 18:202
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

İranın nüvə texnologiyalarının inkişafını dayandırmaq mümkün deyil.

Zefer.media xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami Rəşt şəhərində radiasiya emalı mərkəzinin açılış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Tehranın nüvə silahı yaratmağa çalışması ilə bağlı ittihamlar ölkənin elmi və texnoloji inkişafını məhdudlaşdırmaq məqsədi daşıyır.

Eslami bildirib ki, nüvə texnologiyalarının inkişafı İranın elmi müstəqilliyini, texnoloji imkanlarını və beynəlxalq nüfuzunu gücləndirir.

O, nüvə texnologiyalarının bəşəriyyətin mühüm nailiyyətlərindən biri olduğunu vurğulayaraq, bu sahədə fəaliyyətin beynəlxalq norma və qaydalar çərçivəsində həyata keçirilməli olduğunu qeyd edib.

Eslami, həmçinin radiasiya texnologiyalarının kənd təsərrüfatında tətbiqinin ölkənin idxaldan asılılığını azaltmağa və ixrac imkanlarını genişləndirməyə xidmət etdiyini bildirib.

 

Aytən Yalçınqızı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600