Dünya

Paşinyandan orduda kadr dəyişikliyi: Rəsmi şəxs vəzifədən azad edildi

26 Noyabr 2026, 18:102
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Ermənistanın baş naziri Nikol Paşinyan silahlı qüvvələrdə kadr dəyişikliyinə başlayıb.

Zefer.media Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Paşinyan hökumət iclasından sonra keçirilən ənənəvi brifinqdə bildirib.

O, dəyişikliklə bağlı Ermənistan prezidentinə ərizə təqdim edib.

Vəzifəli şəxslərin işdən azad olunması və kadr təyinatlarının özlüyündə bir məqsəd olmadığını vurğulayan Paşinyan əmin edib ki, bu qərarlar konkret vəziyyətlərin təhlili əsasında verilir.

“Heç vaxt olmayıb və heç vaxt da elə bir hal olmayacaq ki, mən kimisə bir, iki və ya hətta üç səbəbdən işdən çıxarım. Bu cür kadr dəyişiklikləri barədə qərar qəbul etməyim üçün ən azı dörd səbəb olmalıdır”, – deyə Paşinyan qeyd edib.

Mətbuatın yazdığına görə, baş nazirin təklifi əsasında Karen Qriqoryan Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin müavini vəzifəsindən azad olunub.

 

 

Aytən Yalçınqızı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600