Banner

Ərəb Liqasının baş katibi: İranın nüvə silahına sahib olması tamamilə mümkündür

25 Noyabr 2026, 14:150
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Ərəb Liqasının baş katibi, Misirin keçmiş xarici işlər naziri Əhməd Əbu əl-Qeyt İranın nüvə silahı əldə etməsi ehtimalını real hesab edir.

Zefer.media xəbər verir ki, Əbu əl-Qeyt İranın nüvə proqramı ilə bağlı mövqeyini açıqlayarkən Tehranın mövcud hakimiyyət şəraitində bu proqramdan könüllü şəkildə imtina edəcəyinə inanmadığını bildirib.

Onun fikrincə, hakimiyyət dəyişikliyi baş vermədiyi və ya İrana xarici hərbi müdaxilə olmadığı təqdirdə, Tehran nüvə proqramını özünün əsas təhlükəsizlik təminatlarından biri kimi qoruyacaq.

Əbu əl-Qeyt İranın mümkün nüvə silahının bütün İslam dünyasının müdafiəsinə xidmət edəcəyi fikrini də bölüşməyib. O, belə bir silahın yalnız İranın milli maraqlarına xidmət edəcəyini vurğulayaraq Pakistanın nüvə silahına sahib olmasını nümunə göstərib.

Misirin keçmiş xarici işlər naziri İranın nüvə proqramının dinc məqsəd daşıdığına dair açıqlamalara da şübhə ilə yanaşdığını bildirib. O, İranın ballistik raket arsenalına diqqət çəkərək, uzaqmənzilli raketlərin nüvə başlıqları daşımaq potensialı ilə bağlı narahatlığını ifadə edib.

Əbu əl-Qeyt İran xalqının və müsəlmanların itkilərinə təəssüf etdiyini qeyd etsə də, Tehranın nüvə silahı hazırlamadığına inanmadığını bildirib.

O, İranın gələcəkdə nüvə silahı əldə etməsini tamamilə mümkün hesab etdiyini vurğulayıb.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600