Banner

Zelenski: “Donbasdan geri çəkilmək müharibəni uduzmaq deməkdir”

25 Noyabr 2026, 13:300
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin hazırda nəzarətində olan Donbas ərazilərindən könüllü şəkildə geri çəkilməyəcəyini bəyan edib.

Zefer.media xəbər verir ki, bu barədə Yerli və Regional Hakimiyyət Orqanları Konqresinin iclasında çıxışı zamanı danışıb.

Zelenskinin sözlərinə görə, Ukrayna qoşunlarının döyüşsüz və öz iradəsi ilə Donbası tərk etməsi müharibədə məğlubiyyət anlamına gələcək. O bildirib ki, ərazilərin könüllü təhvil verilməsi Rusiyanın gələcəkdə yeni torpaq iddiaları irəli sürməyəcəyinə heç bir təminat yaratmır.

“Düşünürəm ki, Donbasdan geri çəkilmək bu müharibəni uduzmaq deməkdir. Mən hərbi əməliyyatlar nəticəsində geri çəkilməyi deyil, öz iradəmizlə torpaqlarımızı tərk etməyimizi nəzərdə tuturam”, – deyə Ukrayna lideri vurğulayıb.

Zelenski hesab edir ki, Moskva Donbasdan sonra Xarkov, Dnepr və Zaporojye vilayətlərinə də ərazi iddiaları irəli sürə bilər.

Ukrayna prezidenti Rusiyanı atəşkəsə razılaşmağa çağırıb. Onun iddiasına görə, Rusiya hər ay 50 mindən çox hərbçi itirir və müharibənin davam etməsi ölkənin iqtisadi vəziyyətinə də ciddi zərər vurur.

Zelenski 2014-cü ildə Krımın müdafiə olunmamasını da xatırladıb. O, həmin dövrdə baş verən geri çəkilmənin sonradan Ukraynanın digər ərazilərinin işğalına və genişmiqyaslı müharibəyə yol açdığını bildirib.

Ukrayna liderinin fikrincə, ölkə ərazilərinin Rusiyaya təhvil verilməsi dövlətin müstəqilliyini və gələcəyini təhlükə altına qoya bilər.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600