Siyasət

“Azərbaycanda alman dilini öyrənmək istəyən çox insan var”

18 Noyabr 2026, 11:392
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

“Həm dünən, həm bu gün Bakıda intensiv danışıqlar apardıq”.

Zefer.media Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Almaniyanın XİN rəhbəri Yohan David Vadeful Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, iki ölkə arasında həm iqtisadiyyat, həm də mədəniyyət sahəsində əməkdaşlığa böyük potensial mövcuddur: “Azərbaycanda alman dilini öyrənmək istəyən çox sayda insan var”.

Alman nazir Cənubi Qafqazın avropalılar üçün bir şans regionu olduğunu və Azərbaycanın burada əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb. O bildirib ki, hazırda Avropa Rusiya-Ukrayna müharibəsi səbəbindən enerji sahəsinin diversifikasiyası üçün yeni imkanlar, yollar axtarır. Bu xüsusda isə o, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə mühüm töhfəsini xatırladıb və Azərbaycanın çox önəmli tərəfdaş olduğunu vurğulayıb.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600