Siyasət

Almaniya ilə ticarət dövriyyəsinin həcmi açıqlanıb

18 Noyabr 2026, 11:331
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

 

“Azərbaycanla Almaniya arasında bu günə qədər 80 müxtəlif sənəd, saziş, razılaşma imzalanıb və qüvvədədir. Hazırda 10 sənəd üzrə işlər davam etdirilir”.

Zefer.media Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Yohan David Vadefulla birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2025-ci ildə Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi 1,4 milyard dollar təşkil edib. Azərbaycanın Almaniyaya investisiyaları 950 milyon dollar, Almaniyadan ölkəmizə edilən yatırımlar isə 670 milyon dollar təşkil edib.

Nazir Azərbaycanda 208 Almaniya şirkətinin qeydiyyatdan keçdiyini, onlardan 210-nun aktiv fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

C.Bayramov həmçinin bu ildən Azərbaycandan Almaniyaya qaz təchizatına başlanıldığını və bununla da boru vasitəsilə 16 ölkəyə qaz təchizatının təmin edildiyini diqqətə çatdırıb.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600