İran İslam İnqilabı Keşikçiləri Korpusu ölkənin hava məkanının ABŞ-yə məxsus pilotsuz uçuş aparatları (PUA) tərəfindən pozulmasına cavab olaraq, Bəhreyndə yerləşən Şeyx İsa Hava Bazasında ABŞ-yə məxsus radar sisteminin hədəf alındığını bildirib.
Zefer.media TRT Haber-ə istinadən xəbər verir ki, İnqilab Keşikçiləri Korpusunun yazılı açıqlamasına görə, səhər saatlarında keçirilən dəqiq əməliyyat zamanı sözügedən hava bazasının radar sistemi vurulub.
Açıqlamada bildirilib ki, İran hava məkanının ABŞ-yə məxsus PUA-lar tərəfindən davamlı şəkildə pozulmasına cavab olaraq, bu ölkəyə məxsus MQ və RQ-170 tipli pilotsuz uçuş aparatlarının elektron müharibə sistemləri vasitəsilə ələ keçirilməsi əməliyyatının davamı olaraq Bəhreyndə yerləşən Şeyx İsa Hava Bazasındakı radar sistemi PUA-larla hədəfə alınıb.
İnqilab Keşikçiləri Korpusu, həmçinin hava məkanının pozulmasının cavabsız qalmayacağı barədə xəbərdarlıq edib.
Lalə Qurbanlı




