Dünya

Trampın 2024-cü ildəki seçicilərinin 35 faizi aralıq seçkilərdə səs verməyib

17 Noyabr 2026, 11:522
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

ABŞ Prezidenti Donald Trampa 2024-cü il prezident seçkilərində səs verən seçicilərin 35 faizinin noyabrın 3-də keçirilən aralıq seçkilərdə səs vermədiyi müəyyən edilib.

Zefer.media TRT Haber-ə istinadən xəbər verir ki, ictimai rəy sorğuları keçirən J.L. Partners şirkəti noyabrın 3-də keçirilən aralıq seçkilərlə bağlı hesabat yayımlayıb.

Hesabatda xüsusilə ali təhsili olmayan şəxslərin, kənd yerlərində yaşayanların və təqaüdçülərin seçkilərdə aşağı iştirakının Respublikaçılar Partiyasının məğlubiyyətində həlledici rol oynadığı bildirilib.

Seçki günü 1000 qeydə alınmış seçici və seçki kampaniyası boyunca 30 mindən çox şəxslə aparılan müsahibələrə əsaslanan hesabatda 2024-cü ildə Trampa səs verənlərin 35 faizinin noyabrın 3-də keçirilən aralıq seçkilərdə səs vermədiyi müəyyən edilib.

Hesabatda qeyd olunub ki, Trampın 2024-cü ildəki seçicilərindən ali təhsili olmayanların 46 faizi, kənd yerlərində yaşayanların 39 faizi və 65 yaşdan yuxarı şəxslərin 44 faizi noyabrın 3-də keçirilən aralıq seçkilərdə səs verməyib.

Hesabatda Demokratlar Partiyasının aralıq seçkilərdə əldə etdiyi səs artımının təxminən 70 faizinin seçicilərin partiya dəyişməsindən deyil, seçici fəallığındakı dəyişiklikdən qaynaqlandığı bildirilib. Həmçinin aralıq seçkilərdə seçicilərin ən çox əhəmiyyət verdiyi məsələlərin yaşayış xərcləri və iqtisadiyyat olduğu vurğulanıb.

J.L. Partners şirkətinin təsisçi direktoru Ceyms Conson hesabatla bağlı açıqlamasında deyib: “Heç bir seçici tərəf dəyişməsəydi belə, Respublikaçılar Partiyası Senat və Nümayəndələr Palatasındakı çoxluğunu itirəcəkdi”.

 

Lalə Qurbanlı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600