Estoniya Rusiya və Belarus idmançılarının ölkə ərazisində keçirilən idman yarışlarında iştirakına icazə verməyəcək.
Zefer.media Caliber-ə xəbər verir ki, Estoniya Mədəniyyət Nazirliyi Beynəlxalq Xizək və Snoubord Federasiyasına (FIS) bununla bağlı məlumat verib.
Dövlət televiziyası və radiosu ERR-in məlumatına görə, nazirliyin açıqlamasında bildirilib ki, Estoniya hökuməti Rusiya və Belarus idmançılarının iştirak etdiyi yarışların ölkə ərazisində keçirilməsini mümkün hesab etmir.
Qeyd edək ki, Finlandiya hökuməti də daha əvvəl Rusiya vətəndaşlarının ölkəyə giriş qaydalarını sərtləşdirmək qərarı verib. Məhdudiyyətlər Şengen vizası ilə qısamüddətli iş məqsədilə Finlandiyaya gələn rusiyalı peşəkar idmançılara da şamil olunur. Rəsmilər bu addımı Finlandiyanın beynəlxalq əlaqələri üçün təhlükə kimi qiymətləndiriblər. Yeni qaydalar 16 noyabr 2026-cı ildə qüvvəyə minəcək.
Aytən Yalçınqızı




