Mədəniyyət

Göy Məsciddə mübahisəli qərar – Azərbaycan irsinin tarixi kimliyi arxa plana keçirilir?

11 Noyabr 2026, 16:2632
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Azərbaycanın qədim şəhəri İrəvanda yerləşən, XVIII əsrdə inşa edilmiş Göy Məscidin mərasim zalına erməni şairi adının verilməsi olduqca düşündürücü və qəbuledilməz bir qərardır.

Maraqlıdır, Azərbaycan xalqının tarixi-mədəni irsi ilə bağlı olan bir məscidin mərasim zalına erməni şairinin adı hansı əsasla verilir? Özü də bu qərarın İran və Ermənistanın birgə razılığı ilə qəbul edilməsi vəziyyəti daha da təəccüblü edir.

Əsrlər boyu İrəvanda Azərbaycan və müsəlman mədəniyyətinin izlərini daşıyan məscidlərin talan edilməsinə, dağıdılmasına, təhqir olunmasına, hətta bəzi tarixi məkanların donuz saxlamaq üçün istifadə edilməsinə dair faktlar mövcud olduğu halda, bu gün həmin irsin qorunmasından danışan Ermənistanın belə addımlar atması nə qədər səmimidir?

İranın mövqeyi isə ayrıca suallar doğurur. İslam irsinin qorunmasından danışan İran necə olur ki, Azərbaycan xalqının tarixi-mədəni irsi ilə bağlı belə bir qərara Ermənistanla birlikdə razılıq verir? Göy Məscidin tarixi kimliyi və Azərbaycanla bağlılığı niyə ön plana çəkilmir?

Ermənistan da, İran da bilməlidir ki, tarixi abidənin qorunması onun tarixi mənsubiyyətini dəyişdirmək demək deyil. Məscidi bərpa etmək, ondan istifadə etmək və ya qorumaq heç kimə onun tarixi kimliyini arxa plana keçirmək haqqı vermir.

Göy Məscid İrəvanın Azərbaycan və müsəlman tarixinin mühüm yadigarıdır. Bu irsə hörmət etmək, onun həqiqi tarixini tanımaq və gələcək nəsillərə olduğu kimi çatdırmaq lazımdır.

Tarixi irsi siyasi razılaşmalarla dəyişmək mümkün deyil! Ermənistanın və İranın bu məsələdəki mövqeyinə etiraz etməliyik. Azərbaycan xalqının tarixi yaddaşına hörmət tələb etməliyik!

 

Bəhruz Məmmədzadə

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600