Mədəniyyət

Azərbaycan və Polşa arasında yeni mədəniyyət jurnalı yaradılır

10 Noyabr 2026, 19:012
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Polşa Azərbaycanlıları Klubunun təşəbbüsü ilə “Körpü / The Bridge” adlı yeni rəqəmsal mədəniyyət jurnalı təsis edilib.

Zefer.media Teleqram kanallarında yayılan məlumata əsasən bildirir ki, jurnal Azərbaycan və Polşa xalqları arasında mövcud olan tarixi və mədəni əlaqələrin daha yaxından tanıdılması, ortaq irsin gələcək nəsillərə çatdırılması məqsədi daşıyır.

Nəşrin iki ölkədən olan müəllifləri, tədqiqatçıları və oxucuları bir araya gətirərək yeni ideyaların və birgə təşəbbüslərin müzakirə olunduğu platformaya çevrilməsi nəzərdə tutulur.

Jurnalın ilk buraxılışı yaxın zamanda Azərbaycan və polyak dillərində oxuculara təqdim olunacaq.

 

Aytən Yalçınqızı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600