Dünya

Aİ Avropaya uçuşlarla bağlı bomba təhdidlərini müzakirə etmək üçün toplantı keçirəcək

9 Noyabr 2026, 19:242
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Avropa İttifaqı (Aİ) Komissiyası Avropada müxtəlif uçuşlara ünvanlanan bomba təhdidlərini müzakirə etmək məqsədilə noyabrın 11-də aviasiya təhlükəsizliyi üzrə ekspertlərlə görüş keçirəcək.

Zefer.media TRT Haber-ə istinadən xəbər verir ki, Aİ Komissiyasının sözçülərindən Anna-Kaisa Itkonen gündəlik mətbuat konfransında jurnalistlərin mövzu ilə bağlı suallarını cavablandırıb.

Itkonen bildirib ki, Aİ Komissiyası Avropada bomba təhdidləri səbəbindən təyyarələrin təcili eniş etməsi halları ilə əlaqədar noyabrın 11-də, çərşənbə günü, aviasiya təhlükəsizliyi üzrə ekspertlərin iştirakı ilə toplantı təşkil edəcək.

Onun sözlərinə görə, görüşdə Aİ-yə üzv ölkələrlə yanaşı, Norveç, İsveçrə və İslandiyadan olan ekspertlər də iştirak edəcəklər.

Itkonen qeyd edib ki, toplantıda mövcud vəziyyət və atıla biləcək addımlar müzakirə olunacaq. Aİ Komissiyası mümkün qədər yaxşı koordinasiyanın təmin edilməsinə dəstək verməyə və töhfə göstərməyə hazırdır.

Hadisələrin arxasında kimin dayana biləcəyi ilə bağlı ehtimallara münasibət bildirməyəcəklərini vurğulayan Itkonen, hazırkı mərhələdə bu məsələ ilə bağlı hər hansı qiymətləndirmə aparmağın mümkün olmadığını bildirib.

Qeyd edək ki, noyabrın 2-dən etibarən Avropada çoxsaylı sərnişin təyyarələrinə ünvanlanan bomba təhdidləri hava nəqliyyatında ciddi fasilələrə səbəb olub.

Daxil olan məlumatlar nəticəsində bəzi təyyarələr təcili eniş etmək məcburiyyətində qalıb, digərləri isə uçuş marşrutlarını dəyişməli olub.

Lalə Qurbanlı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600