Rusiyanın Vladivostok şəhərində baş verən qəza nəticəsində 98 çoxmənzilli binanın 21 mindən çox sakini istilik və isti su təchizatından məhrum olub.
Zefer.media “Caliber” ə istinadən xəbər verir ki, bu barədə Primorsk diyarı Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Qəza Partizanski və Okeanski prospektlərində, Sovetskaya, Aleutskaya və Nerçinskaya küçələrində, həmçinin Ostryakov və Krasnoqo Znamya prospektlərində yerləşən binalara təsir edib.
Prokurorluq şəbəkələrin saxlanılması və istismarı ilə bağlı qanunvericiliyin tələblərinə əməl olunmasını, eləcə də qəzanın aradan qaldırılması üçün görülən tədbirləri yoxlayacaq.
Aytən Yalçınqızı

















