• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9019
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

​Məktəbdəki faciə və media etikası: Jurnalistika informasiya xatirinə uşaq psixologiyasını qurban verməlidirmi?

29 Oktyabr, 26 / 17:15
A A

Məktəbdə azyaşlı şagirdin həyatını itirdiyi faciəvi hadisə cəmiyyətdə dərin sarsıntı yaradıb. Lakin hadisə yerindən məlumat yayan bəzi media nümayəndələrinin davranışı vətəndaşların və rəsmi qurumların haqlı narazılığına səbəb olub.

Hadisə şahidlərinin bildirdiyinə görə, ərazidə işləyən televiziya operatorundan dəfələrlə azyaşlı şagirdlərdən müsahibə almamaq, onların ağır psixoloji vəziyyətini nəzərə almaq xahiş edilib. Lakin bu müraciətlərə məhəl qoyulmayıb, çəkilişlər davam etdirilib və həyatını itirən şagirdin yaxınlarının razılığı olmadan görüntülər lentə alınıb. Şahidlərin sözlərinə görə, məhz bu etikadan kənar davranışlar hadisə yerində ciddi gərginlik yaradıb.

Çünki həyatında ilk dəfə belə ağır faciə ilə üzləşən, meyit görən uşaqlara “Hadisə necə baş verdi?”, “Onun hansı problemləri var idi?” kimi suallar verməyə çalışmaq peşəkar jurnalistika prinsiplərinə tamamilə ziddir.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi də açıqlama yayaraq həssas məqamlara diqqət çəkib. İdarə bir daha xatırladıb ki, belə hadisələr işıqlandırılarkən dəqiqlik və məsuliyyət prinsiplərinə riayət olunmalı, uşaqların qanunvericiliklə nəzərdə tutulmuş anonimliyi, psixoloji təhlükəsizliyi və mənafeləri qorunmalıdır. Açıqlamada azyaşlıların emosional vəziyyətinə mənfi təsir göstərə biləcək hər cür davranışdan çəkinməyin vacibliyi vurğulanıb.

Əlbəttə, baş verənlər fonunda operatora qarşı fiziki zorakılıq heç bir halda haqlı sayılmır və bu emosional addıma hüquqi qiymət verilməlidir. Ancaq hadisəni yalnız jurnalistin hüquqlarının pozulması kimi təqdim etmək, qarşıdurmaya zəmin yaradan əsas səbəbləri görməzdən gəlmək də obyektivlikdən uzaqdır. Jurnalistin hüquqları olduğu kimi, faciə yaşamış uşaqların və ailələrin də qorunan hüquqları var. Mətbuat azadlığı heç kimə azyaşlıların psixoloji təhlükəsizliyini və insan həssaslığını tapdalamaq haqqı vermir.

Məsələyə Mətbuat Şurasının əvvəlki sədri Rəşad Məcid də münasibət bildirərək media nümayəndələrinin üzərinə düşən məsuliyyəti xüsusi vurğulayıb:

“Jurnalistin hüquqları olduğu kimi, faciə yaşamış uşaqların və ailələrin də hüquqları var. Mətbuat azadlığı heç kimə azyaşlıların psixoloji təhlükəsizliyini, insanların şəxsi həyatını və faciə qarşısındakı həssaslığını nəzərə almamaq haqqı vermir. Peşəkar jurnalistika təkcə nəyi çəkməyi deyil, nəyi çəkməməyi, kimə sual verməyi deyil, hansı məqamda susmağı da bilməyi tələb edir. Çünki jurnalistikanın əsas prinsipi yalnız informasiya əldə etmək deyil, həm də insana hörmət etməkdir.”

Yekun olaraq, bu faciəvi hadisə bir daha göstərdi ki, baş verənlərə hüquqi qiymət verilməklə yanaşı, media nümayəndələrinin davranışları da peşə etikası baxımından ciddi şəkildə araşdırılmalıdır. Çünki heç bir eksklüziv kadr və ya xəbər azyaşlı bir uşağın psixoloji sağlamlığından və insan ləyaqətindən üstün ola bilməz.

Bənzər Xəbərlər

Gündəm

Milli Məclis ombudsmanın seçilməsi haqqında qərar qəbul edəcək – Tarix açıqlandı

Oktyabr 30, 2026
Gündəm

Bakıda 55 min manatlıq dələduzluqda təqsirləndirilən şəxs saxlanıldı

Oktyabr 30, 2026
Gündəm

Bu gün Türkiyənin Cümhuriyyət günüdür

Oktyabr 29, 2026
Gündəm

Prezident TDT-nin Zirvə görüşü üçün Türkiyəyə getməyəcək

Oktyabr 29, 2026
Gündəm

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Oktyabr 29, 2026
Gündəm

Azərbaycanın müstəqil siyasəti və dəyişən dünya nizamı

Oktyabr 29, 2026

XƏBƏR LENTİ

Milli Məclis ombudsmanın seçilməsi haqqında qərar qəbul edəcək – Tarix açıqlandı

30 Oktyabr, 26 / 18:01

Əsrin kriptovalyuta oğurluğunun Şimali Koreya hakerləri tərəfindən törədildiyi ehtimal olunur

30 Oktyabr, 26 / 17:56

Bakıda 55 min manatlıq dələduzluqda təqsirləndirilən şəxs saxlanıldı

30 Oktyabr, 26 / 17:34

Naxçıvanda 9 yaşlı uşağı maşın vurdu

30 Oktyabr, 26 / 17:27

Novokuybışevsk neft emalı zavodunun ətrafında baş verənlər diqqət çəkib

30 Oktyabr, 26 / 17:19

Pentaqon bəzi NATO ölkələrini Rusiyadan gələn təhlükə ilə bağlı açıqlamalarını yumşaltmağa çağırıb

30 Oktyabr, 26 / 17:12

Azərbaycanlı biznesmen Türkiyədən nəhəng buğa heykəli aldı

30 Oktyabr, 26 / 17:09

Ukrayna Trampın təzyiqindən sonra Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırıb

30 Oktyabr, 26 / 17:03

Aqrar Universitetdə 50-dən çox müəllimin müqaviləsi ləğv edildi

30 Oktyabr, 26 / 16:42

Hörmüz boğazının cənubunda neft tankeri hücuma məruz qalıb

30 Oktyabr, 26 / 16:37

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.