Fransa büdcəsində prezident Emmanuel Makronun köçməsi ilə bağlı xərclər üçün təxminən 2,3 milyon avro nəzərdə tutulub.
Zefer.media “Politico” nəşrinə istinadən xəbər verir ki, bu məbləğə köçməyə yardım, mənzil kirayəsi, kommunal xidmətlər və mühafizə xərcləri daxildir. Qeyd olunur ki, Makron, görünür, hələ yeni iş yeri tapmayıb. Yelisey sarayı isə ayrılması nəzərdə tutulan məbləğin “əvvəlki prezidentlərin təcrübəsinə” əsaslanan qabaqlayıcı tədbir olduğunu bildirib.
Fransada prezident seçkilərinin birinci turunun 2027-ci il aprelin 18-də keçirilməsi planlaşdırılır.
Pərvin Hacıyeva




