ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun Vladimir Putinlə danışıqlar zamanı əl yazısı ilə apardığı qeydlər jurnalistlərin diqqətini çəkib.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, jurnalistlər qeydlərin fotosunu çəkiblər. Şəkillərdən göründüyü kimi, siyahının ilk bəndində “Təşəkkür edirəm” ifadəsi yer alıb. Daha sonra üçtərəfli danışıqlara, avropalılarla görüşlərə dair qeydlər, eləcə də “Dünən irəliləyiş hiss etdim” və “Bu uğuru inkişaf etdirmək lazımdır” ifadələri yazılıb.
Qeydin sonunda isə “Razılaşma” sözü yer alıb.
Pərvin Hacıyeva




