ABŞ administrasiyasının Ukraynanı işğal olunmuş ərazilərlə bağlı iddialarından imtina etməyə razı salmaq istədiyi bildirilir.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, “The New York Times” nəşrinin məlumatına görə, Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff çərşənbə axşamı Norveçdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək, ertəsi gün isə Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparacaq.
Vaşinqtonun sülh sazişi müqabilində Kiyevə iqtisadi üstünlüklər təklif etməklə onu işğal olunmuş ərazilərə dair iddialarından imtina etməyə inandırmağa çalışdığı bildirilir. Bu razılaşmanın əsasən Rusiyanın şərtlərinə uyğun olacağı qeyd edilir.
Osloda keçiriləcək danışıqlarda Avropanın aparıcı ölkələrinin, Avropa İttifaqının və NATO-nun nümayəndələri də iştirak edəcəklər. Görüşlərdə Ukraynanın təhlükəsizlik təminatları, ölkənin bərpası və Avropanın yeni təhlükəsizlik arxitekturası müzakirə olunacaq.
Qəmər Kazımzadə




