Ukrayna Prezidenti Volodimir Zelenski tərəfdaşlarının növbəti dəfə Kiyevi raket buraxılışları barədə xəbərdar etmədiyini bildirib və hücumların nəticələrini açıqlayıb.
Zefer.media xarici mətbuata istinadən xəbər verir ki, Zelenskinin sözlərinə görə, Rusiya gecə ərzində Ukraynaya 16 ballistik raket və 200-dən çox pilotsuz uçuş aparatı ilə hücum edib. Zərbələrin əsas hədəfləri Kiyev, Kiyev vilayəti və enerji infrastrukturu olub.
Onun sözlərinə görə, ölkənin müxtəlif bölgələrində 10-dan çox enerji obyekti zərər görüb, ən azı 550 min ailə elektrik enerjisiz qalıb. Həmçinin yaşayış evlərinə, məktəbə, tibb klinikasına və metro stansiyasına ziyan dəyib. Ölən və yaralananların olduğu bildirilir.
Zelenski tərəfdaşlarını Ukraynanı ballistik hücum barədə yenidən xəbərdar etməməkdə qınayıb və Rusiyanı müharibəni dayandırmaq istəməməkdə ittiham edib. O, həmçinin Ukraynanın hava hücumundan müdafiəsi üçün raket tədarükünün əngəllənməsini və Rusiyaya qarşı sanksiyaların yumşaldılmasını tənqid edib.
Pərvin Hacıyeva





