Cəmiyyət

Azərbaycan ilə Ermənistan arasında ticarət dövriyyəsinin həcmi açıqlandı

19 Oktyabr 2026, 13:480
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Ermənistana 23 milyon 450.07 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.

 Zefer.media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu göstərici Azərbaycanın ümumi ixracının 0,10%-ni təşkil edib.

Ermənistandan Azərbaycana idxalın dəyəri isə 96.46 min ABŞ dolları təşkil edib.

Xatırladaq ki, ötən ay Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Ermənistandan Azərbaycana alüminium folqa ixrac edildiyini bəyan etmişdi.

Ümumilikdə, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 37 milyard 210.67 milyon ABŞ dolları təşkil edib.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600