XXI əsrin sonuna qədər Özbəkistanın əhalisinin 74,4 milyon nəfərə çatacağı və ölkənin Mərkəzi Asiya əhalisinin təxminən yarısını təşkil edəcəyi proqnozlaşdırılır.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, BMT-nin Əhali Bölməsinin baza proqnozuna əsasən, 2020-ci ildə Özbəkistanın əhalisi 33 milyon nəfər olub və bu, region əhalisinin 43,9 faizini təşkil edib.
Proqnoza görə, Mərkəzi Asiyanın ümumi əhalisi 2020-ci ildəki 75 milyon nəfərdən 2100-cü ildə 149,9 milyon nəfərə yüksələcək. Həmin vaxt region əhalisinin 49,6 faizinin Özbəkistanda yaşayacağı gözlənilir.
Qəmər Kazımzadə




