Cəmiyyət

Ötən həftə zərərsizləşdirilən minaların və digər hərbi sursatların sayı açıqlanıb

12 Oktyabr 2026, 10:311
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən oktyabrın 5-11-də icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumat açıqlayıb.

 

ANAMA-dan Zefer.media-ya bildirilib ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 327, tankəleyhinə 34 mina və 624 partlamamış digər hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib, 1239,1 hektar ərazi mina və partlamamış digər hərbi sursatdan təmizlənib.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600