Keniya, Zimbabve və Botsvana Rusiyanın tərəfində döyüşmüş vətəndaşlarının hərbi əsir deyil, insan alverinin qurbanı kimi tanınmasını tələb edir.
Zefer.media Bloomberg- ə istinadən xəbər verir ki, Afrika ölkələrinin rəsmilərinin iddiasına görə, həmin şəxslər mülki iş vədləri ilə Rusiyaya cəlb edilib, daha sonra isə cəbhəyə göndəriliblər.
Ukraynanın əsirliyində ən azı 213 əcnəbi, o cümlədən 37 Afrika ölkəsi vətəndaşı var. Kiyev onları hərbi əsir hesab edir və Rusiyanın saxladığı ukraynalılarla dəyişdirməyi planlaşdırır.
Pərvin Hacıyeva

















