İqtisadiyyat

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

7 Oktyabr 2026, 16:540
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bu ilin yanvar-sentyabr aylarında 14 milyon tona yaxın yük daşıyıb.

 

ADY-dən Zefer.media – ya  bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz çoxdur.

 

Qeyd olunan dövrdə tranzit yükdaşımaların həcmi 15 faiz artaraq 5,7 milyon tona çatıb. Tranzit daşımalarında Şərq-Qərb dəhlizi üzrə 20 faiz, Şimal-Cənub istiqaməti üzrə isə 26 faiz artım qeydə alınıb.

 

Sentyabr ayında isə ADY-nin ümumi yükdaşıma həcmi əvvəlki ilin eyni ayı ilə müqayisədə 29 faiz artıb. Bu dövrdə tranzit daşımaların həcmi 37 faiz yüksəlib.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600