İqtisadiyyat

Azərbaycanda bəzi qadınlara 500 manat civarında müavinət veriləcək

17 Noyabr 2026, 15:183
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Hərbçilərin yeni xidmət yerinə köçən həyat yoldaşlarına minimum əməkhaqqı məbləğində müavinət ödənilməsi təklif olunur.

Zefer.media Oxu.Az-a istinadən xəbər verir ki, sözügedən məsələ “Hərbi qulluqçuların statusu haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, hərbi qulluqçunun yeni xidmət yerinə köçməsi nəticəsində həyat yoldaşının həmin ərazidə işlə təmin olunması mümkün olmadıqda, ona minimum aylıq əməkhaqqı məbləğində pul müavinəti ödənilməsi təklif olunur.

Qeyd edək ki, növbəti ildən minimum aylıq əməkhaqqının 500 manat olacağı proqnozlaşdırılır.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600