Gəncədə irigövdəli ağacın budağı qırılaraq hərəkətdə olan avtomobilin üstünə düşüb.
Zefer.media AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib.
Hadisə zamanı 10-VH-496 dövlət qeydiyyat nişanlı “Mersedes” markalı avtomobilə ciddi ziyan dəyib. Sürücü və sərnişinlər arasında xəsarət alan olmayıb.


















