Xarici xəbərlər

Çexiya “Avroviziya”da iştirak etməyəcək – pul çatmayıb

6 Oktyabr 2026, 19:540
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Çexiya televiziyası 2027-ci ildə Bolqarıstanda keçiriləcək musiqi yarışmasının yayımından da imtina edib.

Zefer.media xarici mənbələrə əsasən bildirir ki, “Česká televize” şirkətində “Avroviziya” əhəmiyyətli maliyyə vəsaiti tələb edən böyükmiqyaslı layihə adlandırılıb.

Yarışmada iştirakdan imtina etmək qərarı xərclərə yenidən baxılması səbəbindən qəbul edilib.

Çexiya “Avroviziya”da 2007-ci ildə debüt edib. Ölkə indiyədək heç vaxt qalib olmayıb. Çexiyanın ən yaxşı nəticəsi isə 2018-ci ildə Mikolas Josef tərəfindən əldə edilən altıncı yer olub. Müğənni Lissabonda “Lie to Me” mahnısı ilə çıxış edib.

Lalə Qurbanlı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600