HƏMAS-ın radikalları parlament seçkiləri ərəfəsində İsrailə yenidən hücum etməyə cəhd göstərə bilər.
Zefer.media xarici KİV-lərə istinadən bildirir ki, İsrailin Baş naziri Benyamin Netanyahu belə bir iddia ilə çıxış edib.
O, bu açıqlamanı 2023-cü il 7 oktyabr hücumunun ildönümü ərəfəsində keçirilən hökumət iclasında verib. Baş nazirin fikirlərini onun ofisi yayıb.
Netanyahu bildirib ki, ötən müddət ərzində İsrail “Yaxın Şərqin ən güclü ölkəsinə” çevrilib, rəqibləri isə hazırda “heç vaxt olmadığı qədər zəifdir”.
“Məhz HƏMAS-ın bu qədər zəif olması səbəbindən onlar seçkilərin nəticələrinə təsir göstərmək üçün seçkilər ərəfəsində əllərində qalan qüvvələrlə bizə meydan oxumağa cəhd edəcəklər”, – Netanyahu deyib.
“Biz buna hazırıq. İlk növbədə, belə cəhdlərin qarşısını alacağıq və hər halda, əgər onlar bu səhvə yol versələr, sarsıdıcı güclə cavab verəcəyik”, – o əlavə edib.
Lalə Qurbanlı




