Estoniya Rusiyaya qarşı “aktiv müdafiə” strategiyasına keçid çərçivəsində elit hərbi qüvvələrini Rusiya sərhədinə yaxın ərazilərə yerləşdirir.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, “Financial Times”ın məlumatına görə, Estoniya həmçinin Rusiyanın dərinliklərindəki hədəflərə zərbə endirə bilən silahlar əldə edir.
Nəşrin yazdığına görə, Estoniya rəsmiləri Rusiyanın NATO-nun kollektiv müdafiə prinsipinin tətbiqini yoxlamaq məqsədilə “məhdud müdaxiləyə” cəhd edə biləcəyindən ehtiyatlanırlar.
Qəmər Kazımzadə

















