Misirdə bir kişi pəncərədən düşən uşağı son anda tutaraq onun yerə çırpılmasının qarşısını alıb.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, hadisə zamanı uşaq binanın pəncərəsindən düşüb. Kişi isə vaxtında müdaxilə edərək uşağı havada tutub.
Hadisənin hansı şəhərdə baş verdiyi və uşağın vəziyyəti barədə əlavə məlumat verilməyib.
Qəmər Kazımzadə

















