ABŞ maliyyə naziri Skott Bessent Avropanın ölkəyə əlavə dizel yanacağı tədarükünü təcili şəkildə təmin etməli olduğunu bildirib.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, Bessent Donald Trampın rəhbərliyi ilə ABŞ-ın qlobal enerji bazarlarının sabitləşdirilməsi istiqamətində öhdəliklərini yerinə yetirdiyini deyib.
Nazirin sözlərinə görə, Avropadakı tərəfdaşlar əvvəl üzərlərinə götürdükləri öhdəliklərin icrasını sürətləndirməli və davam edən fasilələrin aradan qaldırılması üçün əlavə yanacaq tədarükünü dərhal təmin etməlidirlər.
Bessent bildirib ki, qlobal dizel yanacağı çatışmazlığının yükünü amerikalı fermerlər, yük maşını sürücüləri və şirkətlər daşımamalıdır. O, ABŞ-ın üzərinə düşən işi gördüyünü və müttəfiqlərindən də öhdəliklərini real addımlarla yerinə yetirmələrini gözlədiklərini vurğulayıb.
Qəmər Kazımzadə


















