Cənubi Koreya kəşfiyyatının məlumatına görə, Şimali Koreya lideri Kim Çen Inın çəkisi 140 kiloqramdan çoxdur.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, Cənubi Koreya kəşfiyyatı Kim Çen Inın siqaret çəkməyə meyilli olduğunu və bunun ürək-damar xəstəlikləri ilə bağlı risklərlə əlaqələndirildiyini bildirib.
Seulun məlumatına görə, Kim Çen Inın səhhətində hazırda hər hansı problemin əlamətləri müşahidə olunmur və onun müalicə həkimlərindən ibarət komandası tərəfindən diqqətlə izlənildiyi qeyd edilir.
Aytən Yalçınqızı

















