• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
14.3° Weather Columbus
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

Bir şəhidin anası, min qəhrəmanın doğması – Gülşad anamıza doğum günü təbriki…

24 Sentyabr, 26 / 10:32
A A

44 günlük Vətən müharibəsi xalqımıza böyük Zəfər yaşatdı. Həmin günlərdə xalqımızın birliyi, həmrəyliyi və xalq-ordu birliyi bir daha bütün dünyaya nümayiş etdirildi. Bu şanlı Zəfərdən sonra biz qəhrəman oğullarımızı, şəhidlərimizi, qazilərimizi, eləcə də onların əziz ailələrini, şəhid analarını və atalarını daha yaxından tanıdıq.

Bu gün mənim üçün çox əziz, doğma və dəyərli olan, öz övladı ilə yanaşı, bütün şəhidlərimizin adını uca tutan, oğlunun ona bəxş etdiyi “Şəhid anası” adını qürurla daşıyan Gülşad anamızın doğum günüdür.

Gülşad Rüstəmli anamız haqqında o qədər gözəl sözlər söyləmək olar ki, heç bir sətir, heç bir səhifə onun böyük və mərhəmətli qəlbini ifadə etməyə kifayət etməz. Çünki o, yalnız öz oğlunun deyil, bütün şəhidlərimizin anası kimi onların əziz xatirəsini yaşadır, adlarını daim uca tutur.

Əziz Gülşad anam, Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm! Sizin timsalınızda bütün şəhid analarımıza möhkəm can sağlığı, uzun ömür, könül rahatlığı və sonsuz sevinc arzulayıram. Sizin kimi anaların qəlbində yaşatdığı şəhid sevgisi, Vətən məhəbbəti və fədakarlıq hər birimiz üçün əsl örnəkdir.

Şəhidlərimiz bu müqəddəs Vətən uğrunda canlarını fəda ediblər. Bizim borcumuz isə onların əziz xatirəsinə, ailələrinə, analarına və atalarına hər zaman böyük hörmət və ehtiram göstərməkdir. Bu, həm insanlıq, həm də vətəndaşlıq borcumuzdur.

Hər dəfə Qarabağa səfər edəndə qəlbimizdə həm böyük qürur, həm də dərin bir kədər yaşayırıq. Çünki bu torpaqların azadlığı şəhidlərimizin canı, qazilərimizin qanı bahasına başa gəlib. Bu gün Qarabağda dalğalanan üçrəngli bayrağımız onların fədakarlığının, qəhrəmanlığının və Vətən sevgisinin ən böyük təcəssümüdür.

Əziz Gülşad anam, Allah Sizə uzun ömür, möhkəm can sağlığı və ürəyinizə rahatlıq bəxş etsin. Allah Emin qardaşımızın timsalında bütün şəhidlərimizə rəhmət eləsin, məkanlarını cənnət etsin!

Yüz yaşayın, sayılıb-seçilən, dəyərli və əziz anamız! Doğum gününüz mübarək olsun!

Ramil Əliyev 

“İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri

Bənzər Xəbərlər

Gündəm

Cavanşir Feyziyev: “Dialoqun növbəti raundunun təxirə salınması Ermənistana verilən cavabdır”

Sentyabr 24, 2026
Gündəm

Dağ-mədən sənayesinin inkişafı Azərbaycanın qeyri-neft iqtisadiyyatında yeni sahə açır – Tənzilə Rüstəmxanlı

Sentyabr 23, 2026
Gündəm

ADSEA sədrinin vətəndaşlarla görüş tarixi dəyişdirilib

Sentyabr 23, 2026
Gündəm

İlham Əliyev Estoniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Sentyabr 23, 2026
Gündəm

İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə Dövlət Proqramını təsdiqləyib

Sentyabr 23, 2026
Gündəm

“ABAD”ın yaradılmasından 10 il ötür 

Sentyabr 23, 2026

XƏBƏR LENTİ

Cavanşir Feyziyev: “Dialoqun növbəti raundunun təxirə salınması Ermənistana verilən cavabdır”

24 Sentyabr, 26 / 11:21

Bir şəhidin anası, min qəhrəmanın doğması – Gülşad anamıza doğum günü təbriki…

24 Sentyabr, 26 / 10:32

Paşinyan: Ermənistan-Rusiya münasibətləri dəyişəcək – “Sülh şəraitində yeni mərhələ başlayır”

24 Sentyabr, 26 / 10:01

Musiqi tənqidçisi Sergey Sosedov vəfat edib – 58 yaşında

24 Sentyabr, 26 / 9:56

Lavrov Rubi ilə görüşdə Moskvanın mövqeyini təkrarladı – “Müharibəni dayandırmayacağıq”

24 Sentyabr, 26 / 9:54

Rusiya Kiyev və Odessaya zərbələr endirib

24 Sentyabr, 26 / 9:51

Tramp Si Cinpini ABŞ-də hava limanında şəxsən qarşılayıb

24 Sentyabr, 26 / 9:15

Paşinyan Nyu-Yorkda Ursula fon der Lyayenlə görüşüb

24 Sentyabr, 26 / 9:08

Bakıda “Formula-1” üzrə Azərbaycan Qran-prisi başlayır

24 Sentyabr, 26 / 9:03

Əminə Ərdoğandan uşaqların rəqəmsal dünyada təhlükəsizliyi ilə bağlı çağırış

23 Sentyabr, 26 / 19:42

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.